Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / İqtisadiyyat / Rusiyada qadınlara qırıcı təyyarə pilotları olmaq icazəsi veriləcək

Rusiyada qadınlara qırıcı təyyarə pilotları olmaq icazəsi veriləcək

Rusiya hərbi hava qüvvələri İkinci Dünya Müharibəsindən indiyədək ilk dəfə qadınların qırıcı təyyarə pilotları olmasına icazə verəcək.

Müdafiə naziri Sergey Şoyqu bildirib ki, qərar hərbi qüvvələrə qırıcı təyyarə pilotu təlim kurslarına qəbul edilmək üçün ünvanlanan çoxsaylı məktublara görə verilib.

Oktaybr ayında təlimə başlayan ilk qrupda 15 qadın olacaq, cənab Şoyqu qeyd edib.

İkinci Dünya Müharibəsində iştirak edən Sovet İttifaqının qadın qırıcı təyyarə pilotları “Stalinin Şahinləri” adı ilə tanınnırdılar. Alman hərbçiləri onları “Gecə Əcinnələri” adlandırırdılar.

Qırıcı təyyarə pilotları olmağa hazırlanan yeni nəsil, Krasnodar hərbi hava mətkəbində təlimdən keçəcəklər.

Rusiyanın TASS dövlət xəbər agentliyi bildirir ki, Krasnodar hərbi hava məktəbi 2009-cu ildən etibarən qadınları qəbul etdir, lakin onlara indiyədək qırıcı təyyarə pilotu olmaq icazəsi verilməyib.

Həmçinin oxuyun

Azərbaycanla İran “Ordubad” və “Marazad” SES-ləri ilə bağlı anlaşdı

Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclası …

Bir cavab yazın