Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / Rusiyada polislər Azərbaycanlı məşqçini döydü – VİDEO

Rusiyada polislər Azərbaycanlı məşqçini döydü – VİDEO

Rusiyanın qadınlardan ibarət “Torpedo” futbol komandasının baş məşqçisi Faiq Nağdəliyev Moskvada polislər tərəfindən döyülüb, sonra da polis idarəsinə aparılıb.

“Qovorit Moskva” bildirir ki, insident Rusiya Futbol İttifaqının binası yanında baş verib.

“Metronun “Taqanskaya” stansiyasına tərəf gedəndə siqaret çəkən bir neçə polis əməkdaşını gördüm. Onlara yaxınlaşdım, siqaret çəkdiklərinə görə iradımı bildirdim, özlərini təqdim etmələrini istədim. 8-10 polis əməkdaşından kimsə özünü təqdim etmədi. Baş verənlərin videosunu çəkib metroya düşməyə başlamışdım ki, mülki paltarda olan bir şəxs məni hədələməyə başladı. O, “Murdar, belini sındıraram!” deyirdi.

Yenə kameranı işə saldım, ona yaxınlaşdım və dediyini təkrarlamasını istədim. Əlimdən vurdu, telefon yerə düşüb sındı. Telefonu qaldırıb bu şəxsi itələdim. Polislər üstümə hücum çəkdilər. Əllərimi qaldırdım və müqavimət göstərmədiyimi dedim. Bir neçə nəfər qollarımı burdu, başıma, sinəmə, üzümə vurmağa başladılar. Sonra polis idarəsinə aparıldım”, – F.Nağdəliyev deyib.

Polisdə məşqçini izahat yazmağa vadar ediblər. Həkim müayinəsi zamanı Faiq Nağdəliyevdə kəllə-beyin travması, döş qəfəsi xəsarəti aşkarlanıb.

F.Nağdəliyev məhkəməyə şikayət etmək istəyir, amma qorxur ki, polislər hər şeyi tərsinə çevirə bilərlər.(milli.az)

Həmçinin oxuyun

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

2024-cü ilin mart ayında Azərbaycanda ən çox şikayət edilən bank 5,03 indeksi ilə “Bank of …

Bir cavab yazın