Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Rusiyada pişik yetim kirpi balalarına analıq edir

Rusiyada pişik yetim kirpi balalarına analıq edir

Rusiyanın Vladivostok şəhərindəki zooparkda bədbəxt hadisədə ölmüş kirpinin səkkiz balasını pişik, südü ilə yedizdirərək, acından ölməkdən qurtarıb.

Muska adlı pişik, kirpi balalarını, onların anası ot biçən maşın altında öldükdən sonra, qəbul edib.

Sadgorod zooparkının məlumatına görə, kirpi balaları şpris, şüşə və nəlbəkidə verilən süddən imtina ediblər.

Bu yaxınlarda doğulmuş balalarını əmizdirdən Muskanın südü olub.

Bu səbəbdən zoopark işçiləri kirpi balalarını pişiyə etibar etmək qərarına gələrək onları Muskanın yanında yerləşdiriblər.

Aclıq çəkən körpə kirpilər pişiyin isti bədəninə müsbət reaksiya verərək südünü əmməyə başlayıblar.

Xoşxasiyyətli pişik kirpi balalarına bir həftədən artıq südünü verib, gecələr gözü onların üstündə olub, Rusiyanın Vesti televiziya proqamı xəbər verib.

Kirpi balaları artıq özləri sərbəst yemlənirlər, amma Muskanın gözü hələ də onların üstündədir.

Zooparkın Instagram səfisəndə paylaşılmış şəkildə yemləndikdən sonra mürgüləyən kirpi balasının görünüşü işlərin qaydasında olduğunu təsdiqləyir.

Kirpi balası - Sadgorod zooparkının Instagram səhifəsi
Kirpi balalarının ən xoşladıqları yeyib-yatmaqdır

Sadgorod zooparkının media direktoru Alyona Asnovinanın sözlərinə görə, bu il Rusiyanın şərq əraziləri kirpi “işğalına” məruz qalıb.

Yetim qalmış kirpi balalarına pişiyin analıq etməsi halı bundan əvvəl də qeydə alınmışdı.

2012-ci ildə Sonya adlı bir pişik dörd körpə kirpi balasını qəbul edərək onlara öz balaları ilə bərabər süd verib.(BBC)

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın