Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Rusiyada azərbaycanlılara məscid tikməyə icazə verildi

Rusiyada azərbaycanlılara məscid tikməyə icazə verildi

Ötən gün Rusiyanın Sverdlovsk vilayətinin Arbitraj məhkəməsi “Azərbaycan” regional ictimai təşkilatının vilayətin Dövlət Mülklərinin İdarə Edilməsi üzrə Nazirliyinə qarşı qaldırdığı iddianı təmin edib.

AzVision.az xəbər verir ki, iddia Yekaterinburqun Repina küçəsindəki torpaq sahəsinin geri qaytarılması ilə bağlıdır.

Qeyd edək ki, 2011-ci ildə “Azərbaycan” təşkilatına müsəlman qəbiristanlığı yaxınlığında böyük məscid inşa etmək üçün 2008 kv. metr torpaq sahəsi ayrılıb. İcarə müqaviləsi Yekaterinburq administrasiyası ilə bağlanıb. Məscidin ənənəvi qaydada – minarələrlə tikilməsi planlaşdırılırdı.

Ötən ilin dekabrında “Azərbaycan” İctimai Birliyi Rusiyanın Yekaterinburq şəhərində məscid tikintisi zamanı yeni maneə ilə üzləşib. Belə ki, Dövlət Mülklərinin İdarə olunması üzrə Nazirliyinin Sverdvlovsk vilayəti üzrə İdarəsi gecikdirilmiş borca görə məscidin tikilməli olduğu ərazinin icarəsi üzrə müqaviləni pozub.

Xatırladaq ki, bu, azərbaycanlıların Yekaterinburqda məscid tikintisinin qarşını almaq üçün görülən ilk tədbir deyil. Belə ki, bu ilin sentyabr ayında Azərbaycan diasporu Sverdlovsk vilayəti Tikintinin və Kommunal Yaşayış Təsərrüfatı Nazirliyinə qalib gəlib. Arbitraj məhkəməsinin qərarına əsasən nazirlik qanunsuz olaraq məscidin tikintisinə icazəni verməkdən imtina edib.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın