Ana səhifə / İqtisadiyyat / Rusiyada 14 turist itkin düşüb – VİDEO

Rusiyada 14 turist itkin düşüb – VİDEO

Hazırda polis əməkdaşları itkin düşən qrupun axtarışlarına başlayıb.
Rusiyanın Nijeqorodskaya vilayətinin Tonşayevski rayonuna Pijma çayında çimmək üçün yollanan 14 nəfərdən ibarət turist qrupu yoxa çıxıb. ANS PRESS-in məlumatına görə, hazırda polis əməkdaşları itkin düşən qrupun axtarışlarına başlayıb.
10-u uşaq 4-ü böyük olan qrup üzvləri ilə iyulun 13-dən etibarən əlaqə yaratmaq mümkün olmayıb.
Yoxa çıxan turist qrupunun axtarışılarına polislə bərabər yerli sakinlər və eləcə də Kirovski vilayət polisidə qoşulub. İtkin düşənlərinin yerinin təyin edilməsi üçün xüsusi komissiya yaradılıb.
Ötən ay Rusiyanın Kareliya Respublikasında Syamozero gölündə  14 uşaq bataraq ölüb.
Yaxınlıqda olan düşərgədə qalan uşaqlar gölə istrirahət etmək üçün gəliblər. 51 nəfərdən ibarət qrupun yalnız 4 nəfəri böyük, qalanları isə 12-15 yaşlı uşaqlardan ibarət olub. Qeyd edilir ki, ölən uşaqlar xilasedici jileti olmadığına görə boğulublar. Hadisə göldə qəfil başlayan fırtına nəticəsində baş verib.
Faciə ilə bağlı bir sıra ölkə rəhbərləri, o cümlədən İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın