Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Rusiyada ən çox istinad olunan KİV-lərin reytinqi açıqlanıb

Rusiyada ən çox istinad olunan KİV-lərin reytinqi açıqlanıb

Rusiyanın “Medialogiya” şirkəti 2015-ci ildə ölkənin ən çox istinad olunan KİV-lərinin reytinqini açıqlayıb.

Novator.az xəbər verir ki, reytinq cədvəlində informasiya agentlikləri içərisində birinci pillədə TASS dayanır. Ən çox istinad olunan agentliklər beşliyində sonrakı yerləri “RİA Novosti”, “İnterfaks”, “Praym” və “Rosbalt” tutur.

Reytinq siyahısında qəzetlər arasında ilk üçlükdə “Kommersant”, “İzvestiya”, “Vedmosti” qərarlaşıb.

2015-ci ildə ən çox istinad olunan digər kateqoriyadan olan KİV-lər arasında “Forbes” jurnalı, “Lifenews” televiziya kanalı, “Rusiya Xəbərlər Xidməti” radiosu liderlik edir.

Reytinqin hesablanmasında 28 min Rusiya KİV-i – televiziya, radio, qəzet, jurnal, informasiya agentliyi, internet mediası əsas götürülüb.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın