Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Rusiya xarici siyasətinin yəhudi simvollu aynası: Mariya Zaxarova kimdir? – FOTOLAR

Rusiya xarici siyasətinin yəhudi simvollu aynası: Mariya Zaxarova kimdir? – FOTOLAR

Rusiya siyasətində qadın faktoru həmişə olub və olacaq da. Çünki ölkənin tarixi köklərində, qurulmuş-yıxılmış  dövlətlərində, ittifaqlarında, imperiyaların idarə edilməsində qadınlarsız  keçinmək mümkün olmayıb. Onlar hakimiyyətlərdən düşürüləndə də  heç vaxt saraylardan çəkilməyiblər, pərdəarxasında imperiyaların idarə olunmasında, intriqalarda iştirak ediblər. Ən məşhur şairləri belə qadına görə dueldə öldürüb… 
Qapalı SSRİ dövründə də qadın faktoru arxa plana keçməyib. Düzdür, Siyasi Büroda qadın yox idi, amma onlar ölkənin həyatında hər yerdə vardı: zavod direktoru, kolxoz sədri, SSRİ Ali Sovetinin deputatı… Dünyada ilk qadını da SSRİ kosmosa göndərdi-Valentina Tetreşkovanı. Ölkənin müasir həyatında da qadınlar aparıcı yer tuturlar. Hazırda Federasiya Şurasına, Hesablama Palatasına, Mərkəzi Banka, Səhiyyə Nazirliyinə, Mərkəzi Seçki Komissiyasına qadın rəhbərlik edir. Fikir verirsiz, güclü siyasi fiqur olan, həyat yoldaşından boşanmış  Rusiya prezidenti ölkənin pul siyasətini də, əsas qərar verən Şurasını da, seçkini keçirən orqanı da, sağlamlığın qayğısına qalan nazirliyi də qadına həvalə edib.
Bu gün haqında danışacağımız qadın cəmi 11 ay əvvəl  fəal diplomatiyaya başlayıb, amma tanınır, haqında danışılır, tənqid edilir, təriflənir… Onu Azərbaycanda da yaxşı tanımağa başlayıblar. Oynadığı “Ləzginka” dan sonra daha çox…
Son aylar Qarabağ danışıqları haqda Rusiyadan xəbərləri ilk olaraq ondan eşidirik. Bu səbəbdən də bu cazibədar qadın haqda internet resurslarından əldə etdiyimiz məlumatların oxucularımıza maraqlı olacağını düşündük.
Çindən başlayan yol 
Mariya Zaxarova 1975-ci ilin 24 dekabrında diplomat ailəsində anadan olub. Uşaqlıqda  valideynləri ilə Pekində yaşayıb. Çində Şərq tarixinə və mədəniyyətinə marağı yaranıb. Uşaqlıqdan əl tikmələrinə maraq göstərib.  Diplomat  uzun illər sonra uşaqlıqdakı bu həvəsini yada salaraq deyəcəkdi: “Bir başqa iş görəndə də onun tikişlərini gözəl və dəqiq atmalısan ki, baxanda göz oxşasın.”
Onun məktəb illəri ilə bağlı ümumiyyətlə, heç bir məlumat yoxdur.  Yalnız o məlumdur ki, Mariya yaxşı şagird olub və  diplomat  olmaq arzusundaymış. Özü də deyir ki, yeniyetməlik illərində ən xoşladığı “Beynəlxalq panorama” proqramı olub…
M.Zaxarova 1998-ci ildə Rusiya XİN-in nəzdindəki Moskva Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq jurnalistika və şərqşünaslıq fakültəsini bitirib. Praktikasını da Rusiyanın Çindəki səfirliyində keçib.
2003-cü ildə Xalqlar Dostluğu Universitetində “Çinin qədim bayram ənənələri müasir zamanda” mövzusunda elmi işi müdafiə edib, tarixi elmləri namizədidir.
 1998-ci ildə XİN-in “Diplomatik xəbərlər” jurnalında işləyib. Burada o, müəllimi hesab etdiyi, sonradan xarici işlər nazirinin müavini olan  Aleksandr Yakovenkonun rəhbərliyi altında fəaliyyət göstərib.
 XİN-in İnformasiya və Mətbuat Departamentində, 2005-2008-ci illərdə isə Rusiyanın BMT-dəki daimi nümayəndəliyində mətbuat katibi olub. 2008-2011-ci illərdə yenidən XİN-in İnformasiya və Mətbuat Departamentində rəhbərlikdə təmsil olunub.  Aleksandr Lukaşeviç  ATƏT-də Rusiyanın daimi nümayəndəliyinə rəhbər təyin ediləndən sonra bu post vakant qalıb.
Rusiya xarici siyasətində bir ilk
 M.Zaxarova 2015-ci ilin 10 avqustunda xarici işlər naziri Sergey Lavrovun  əmri ilə XİN-in İnformasiya və Mətbuat Departamentinin rəhbəri olub.
Rusiya XİN-in tarixində ilk dəfədir ki, bu post  qadına həvalə olunub.  Beləliklə, Rusiya xarici siyasətində baş verən yenilikləri, ən müxtəlif məsələlərlə bağlı mövqelər bildirmək üçün o, hər gün jurnalistlər qarşısına çıxır. O, Rusiyanın yüksək vəzifədə təmsil olunan  qadınları arasında mediadakı reytinqinə görə 6-cı sırada yer alıb. İngilis və Çin dillərinin bilir.  2-ci dərəcəli Fövqəladə və Səlahiyyətli səfir diplomatik ranqı var.
Rusiya mətbuatında onun xarici görünüşü haqqında müsbət fikirlər yazılır. Bildirilir ki, işinin ağır olmasına baxmayaraq, Zaxarova daima özünə ciddi diqqət yetirir, saç düzümü və dırnaqlarının manükürünü belə unutmur.  Onu yerli və xarici mətbuat ABŞ Dövlət Departamentinin sabiq sözçüsü Cen Psaki ilə də müqayisə edirlər. M.Zaxarova XİN sözçüsü təyin edildikdən bir neçə ay sonra Psaki hamiləlik səbəbindən işini dəyişdi. Jurnalistlər Rusiya XİN-dəki təyinatdan sonra   Psakinin aktiv diplomatiyadan çəkilməsinə işarə edərək, zarafatla Zaxarovanı “anti-Psaki” də adlandırılar. Amma bu təkcə, zarafat da deyil, çünki Psakidən fərqli olaraq Zaxarova  açıqlamalarında hərdən çox  sərt görünür, qeyri-rəsmi məlumatlara da istinad edir.
Sərt  Mariya 
Məlumatlara görə, Zaxarova bu posta təyinatından sonra XİN-in “rəsmi dilində” xeyli dəyişikliklər olub. Zaxarova özü də deyir ki, xarici təcrübəni öyrənirlər və müasir dünya ilə ayaqlaşmaq lazımdır. Zaxarova sosial şəbəkələrdə də çox aktivdir. Məsələn, bu ilin martında Kiyev meri Vitali Kliçko “əl-Jəzirə”telekanalına  müsahibəsində jurnalistin ““Amnesty İnternational” haqda  eşitmisinizmi” sualına “mən Kiyevdə yaşayıram, bu barədə məlumatsızam” deməsinə  Zaxarova dərhal facebook hesabında reaksiya veribmiş: “Siz artıq deməyə başlamısınızmı Kliçkonun müsahibəsində tərcümə xətası” var  deyə, ironik şərhlə yadda qalıb.
Zaxarovanın açıqlamalarındakı bəzi hallarda müşahidə oluna aqressivliyi “Azadlıq” radiosu  sovet illərində diplomatların beynəlxalq aləmdə baş verənlərə münasibəti ilə müqayisə edib.  Məsələn, 2015-ci ilin 30 dekabrında Zaxarova “Exo Moskvı” radiostansiyasında müzakirələrdə qalmaqal yaradıb. Radiodakı “Xüsusi rəy” proqramında polşalı jurnalist Vaşlav Radzinoviçin XİN tərəfindən akkreditasiyasının ləğvi müzakirə edilirmiş.  Qəfil studiyaya girən Zaxarova  dəvətsiz- filansız müzakirələrə qoşulmağa, iradlara cavab verməyə çalışıb. 2016-cı ilin martında “Vedomsti” qəzetində  müəllif Mixail Ovçarenko Zaxarovanın daha bir diplomatik qalmaqalı haqda yazıb. Bildirilir ki,  Zaxarova ABŞ Dövlət Departamentinin sözçüsü Mark Tonnerin “put up or shut up” (mənası budur ki, “ya dedikləri sözü yerinə yetirsinlər, ya da bu barədə danışmasınlar”) ifadəsini Rusiyaya qarşı  böyük təhqir kimi qiymətləndirib və Dövlət Departamentindəki  həmkarını “ağızını yummağa” çağırıb.
David ulduzu: yəhudi simvolu, yoxsa… 
Onun milliyyəti haqda da internet resurslarında maraqlı  iddia  var. Məsələn, onun sinəsində görünən David ulduzlu boyunbağısı  haqda danışanlar Zaxarovanın yəhudi olması barədə iddialar irəli sürüb. Sosial şəbəkədə izləyicilərindən biri onun sinəsində parlayan altıguşəli David ulduzuna diqqət çəkib və xristian bir qadının niyə yəhudi simvolu gəzdirməsi ilə maraqlanıb.  Onun özü isə bu iddialara sosialı şəbəkədə aydınlıq gətirib. Zaxarova yazır: “20 il əvvəl bir günlük səfərlə İsraildə oldum. Bu bir neçə saatlıq səfər mənim həyatımı dəyişdi. Mən də əvvəldən də yalnız intuitiv və hansısa hislərdə olan dini baxışlar vardı. Amma orada bu alovlandı”.
XİN rəsmisinin sözlərinə görə, dayısı ona zərgərlik dükanından qızıldan hazırlanmış boyunbağı alıb. “Üzərində “Yerusəlim” (Qüds-“YM”.) yazılan o qızıl boyunbağı o vaxtdan məndədir” yazan  Zaxarova pravoslav olduğunu və ya “buna çalışdığını” qeyd edib. “Bizim din nifrəti qadağan edir”, yazan   Zaxarova xüsusi qeyd edir ki, bütün cür millətçiliyi rədd edir: “Mən David ulduzunda  gül və ya qar dənəsi ”görməyənlərin də zehniyyətinə qarşıyam”.  Onun sözlərinə görə, hələ ikinci sinifdə oxuyanda valideynləri yəhudilərin kim olması barədə ona danışıblar . “Onlar deyirdilər ki, yer üzərində çox millətlər var, amma yəhudi həkim olmasaydı, yəqin onlar da doğulmazdı”.
XİN rəsmisinin anası haqda məlumat yoxdur. Atası Vladimir Zaxarov isə şərqşünasdır. Hazıda  Ali İqtisad Məktəbində işləyir. Zaxarova mətbuat konfranslarının birində  jurnalistin “sizə bir şəxsi həyatınızla bağlı sual vermək istəyirəm” deməsinə maraqlı reaksiyası ilə yadda qalıb: “Oy…Mən ərdəyəm”.  Xanım Zaxarova ərdədir və Mariyanna adında kiçik qızı var.
Onun həyat yoldaşı, ailə münasibətləri haqda məlumatlar çox azdır. Zaxarovanın özünün sözlərinə istinad edən Rusiya KİV-ləri yazır ki, diplomat boş vaxtlarını qızına ayırır. İşi ilə əlaqədar tədbirlərdə və səfərlərdə olan diplomat xanım əlbəttə ki, dayəsiz və yaxınlarının köməki olmadan keçinə bilməz. Zaxarova deyir ki, onun adi ailə həyatı, sıravi vətəndaşlar kimi problemləri və qayğıları var.
Rusiyanın muzh-zhena.ru saytı  Zaxarovanın ailə həyatı və əri  haqda məlumat əldə etməyə çalışıb. Amma məlum olub ki, sosial şəbəkədəki səhifəsində də ərinin kimliyi və harada işləməsi  haqda xanım diplomat heç nə yazmayıb. Yalnız şəklini yerləşdirib ki, sayta istinadən musavat.com-da  onu təqdim edib.  Şəxsi saytında da Zaxarova yalnız vikipediyada bilinən məlumatlar var.
Musavat.com





Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın