Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılmasına RAZILAŞDI

Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılmasına RAZILAŞDI

OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında keçirilən görüşdə Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılması barədə razılığa gəlib.
Modern.az “Reuters”ə istinadla xəbər verir ki, Rusiya ilə Səudiyyə Ərəbistanı neft istehsalının azaldılmasını nəzərdə tutan yeni sövdələşməyə razılıq verib. “OPEC+” üzrə neft hasilatının sutkada 20 milyon barrelədək məhdudlaşdırılması gözlənilir.
Qeyd edək ki, bu həcmin gündəlik 4 milyon barrelinin Səudiyyə Ərəbistanı, 2 milyon barrelədək hissəsinin Rusiya tərəfindən, qalan həcmin isə digər hasilatçılar tərəfindən qarşılanması nəzərdə tutulur.
Xatırladaq ki, icrası bu il martın 31-də başa çatan “Əməkdaşlıq Bəyannaməsi”nin uzadılması istiqamətində aparılan danışıqlar Rusiya və Səudiyyə Ərəbistanının razılığa gələ bilməməsi səbəbindən baş tutmamışdı. Koronavirus və artan tədarük fonunda isə “Brent” markalı xam neftin bir barrelinin qiyməti son 20 ilin minimumuna enərək 22 dollar olmuşdu.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …