Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Rusiya Türkiyədən pomidor alacaq – RƏSMİ

Rusiya Türkiyədən pomidor alacaq – RƏSMİ

Rusiya Türkiyədən pomidor tədarükünə icazə verib.

Bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, icazə Türkiyənin yalnız 9 pomidor istehsalçısı müəssisəsinə şamil edilib.

Qeyd edək ki, bir müddət öncə kənd təsərrüfatı naziri Aleksandr Tkaçov bildirmişdi ki, Rusiyanın Türkiyədən pomidor almaq niyyəti yoxdur.

Türkiyədən idxal dayandırıldıqdan sonra Rusiya bazarının pomidor və digər tərəvəzlərlə təmin olunması üçün yerli biznesin təşviq edildiyini vurğulayan nazir əlavə etmişdi: “Bu prosesdən geri qayıtmaq yerli istehsalçılara qarşı ədalətsizlik olardı”.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın