Çərşənbə axşamı , İyun 22 2021
Ana səhifə / İqtisadiyyat / Rusiya Türkiyədən pomidor alacaq – RƏSMİ

Rusiya Türkiyədən pomidor alacaq – RƏSMİ

Rusiya Türkiyədən pomidor tədarükünə icazə verib.

Bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, icazə Türkiyənin yalnız 9 pomidor istehsalçısı müəssisəsinə şamil edilib.

Qeyd edək ki, bir müddət öncə kənd təsərrüfatı naziri Aleksandr Tkaçov bildirmişdi ki, Rusiyanın Türkiyədən pomidor almaq niyyəti yoxdur.

Türkiyədən idxal dayandırıldıqdan sonra Rusiya bazarının pomidor və digər tərəvəzlərlə təmin olunması üçün yerli biznesin təşviq edildiyini vurğulayan nazir əlavə etmişdi: “Bu prosesdən geri qayıtmaq yerli istehsalçılara qarşı ədalətsizlik olardı”.

Həmçinin oxuyun

Avrasiya klinikasının dövlətə 3 milyon manata yaxın vergi borcu var

Avrasiya klinikasının (Viola MMC) dövlət qarşısında vergi borcunun olduğu məlum olub.Bu barədə İqtisadiyyat Nazirliyi yanında …

Bir cavab yazın