Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Rusiya televiziyası Azərbaycanın müstəqilliyi haqda

Rusiya televiziyası Azərbaycanın müstəqilliyi haqda

“Rusiya 1” telekanalının “Həftənin xəbərləri” proqramında Azərbaycanın müstəqilliyinin 25-illiyinə həsr edilmiş süjet göstərilib.

Virtualaz.org-un məlumatına görə, verilişdə prezident İlham Əliyevin “Həftənin xəbərləri” proqramının aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədən fraqmentlər nümayiş etdirilib.

Süjetdə Azərbaycanda neftçıxarma mövzusuna toxunulub, birinci milli peykin işə salınmasından, ölkəmizdən keçəcək və Sankt-Peterburqu hind şəhəri Mumbai ilə birləşdirəcək “Şimal-Cənub” nəqliyyat dəhlizi, ASAN Xidmət mərkəzləri , böyük turist axını və s. haqqında danışılıb.

Süjetin müəllifi Bakı məktəblərindən birində olub və vurğulayıb ki, Azərbaycanın 100 mindən çox vətəndaşı rus dilində təhsil alır.

Verilişdə idman sferasından da yan keçilməyib. Bakıda keçirilmiş Birinci Avropa Oyunları və “Formula-1” yarışları xatırladılıb. Azərbaycanın idman nailiyyətləri haqqında gənclər və idman naziri Azad Rəhimov, futbol üzrə milli komandamızın son müvəffəqiyyətləri barəsində isə AFFA-nın baş katibi Elxan Məmmədov danışıb.

 

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın