Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Rusiya telekanalının saytı: “Ərdoğanı yalnız Allah xilas edə bilər”

Rusiya telekanalının saytı: “Ərdoğanı yalnız Allah xilas edə bilər”

Rusiyanın Putin hakimiyyətini çılğın şəkildə müdafiə etməsi ilə seçilən RT telekanalının saytı  Ankara terrorunun baş verdiyi anlarda yaydığı bir xəbərlə diqqətləri özünə çəkib.
Avropa.info xəbər verir ki, RT telekanalının saytı  Ankara terrorunun baş verdiyi anlarda, ABŞ-da o qədər də populiyar olmayan “Al Monitor” saytına istinadən  Türkiyə prezidenti Tayyib Ərdoğanı sərt şəkildə tənqid edən bir yazı dərc edib.
“Ərdoğanı yalnız Allah xilas edə bilər” başlıqlı yazıda Ərdoğanın xarici siyasətinin Türkiyəni çıxışmaz duruma saldığı bildirilir.
“Rəcəb Tayyib Ərdoğan öz xarici siyasəti ilə Türkiyəni elə bir təcrid olunmaya gətirib ki, ölkənin xilasıl mümkünsüz görünür. Bundan başqa Ərdoğanın daxili siyasəti də ölkənin çıxılmaz vəziyyətini olduqca çətinləşdirir.
Çıxılmaz vəziyyətlərdə türklər belə deyir: “Hər şey Allahın əlindədir”. Ərdoğanın xarici siyasəti haqqında da belə demək olar.  Həqiqətən,  Ərdoğanın  qurtulması üçün, yalnız Allahın köməyi lazımdır.” deyə RT qeyd edir.
RT  “Al-Monitor”a istinadən yazır ki, Moskva və Ankara arasında münasibətlər Türkiyənin rus Su-24-nü vurmasından sonra baş verib.
“Suriya ərazisində YPG qüvvələrinin bombalanmasından sonra isə Türkiyə ABŞ və digər Qərb müttəfiqləri ilə münasibətlərdə dərin böhran yaşayır. Türkiyənin çıxılmaz vəziyyətini Ərdoğanın daxili siyasəti də çətinləşdirir. Ərdoğan hökumət üzərində tam nəzarətə sahib olmaq üçün o, hakim partiyanın da bütövlüyünü təhdid altına alır.
Bundan əlavə prezident və  baş nazir Əhməd Davudoğlu arasında olan narazılıqların getdikcə böyüməsi də məlumdur.
Əsasən kürdlərin məskunlaşdığı ölkənin cənub-şərqində Ərdoğan və PKK arasında döyüş gedir. Həmin ərazidəki dağıntılar və humanitar fəlakət Suriyanı xatırladır. Axan qanın durması isə gözlənilmir.” deyə RT  “Al -Monitor” a istinadla yazır.
Qeyd edək ki, RT  Rusiya prezidenti Vladimir Putinin ən çox müdafiə edən telekanallardandır. Bundan başqa, telekanal mütəmadi olaraq, PKK terror təşkilatı haqqında da verlişləri ilə diqqət çəkir. Həmin verlişlərdə PKK “kürdlərin azadlığı uğrunda mübarizə aparan” təşkilat kimi təqdim olunur.
RT-nin istinad etdiyi “Al Monitor” saytı isə ABŞ-da tanınmayan xırda bir saytdır. Sayt 2010-cu ildə Camal Daniyel adlı bir şəxs tərəfindən qurulub.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın