Cümə , Aprel 23 2021
Ana səhifə / İqtisadiyyat / Rusiya qazının “Türk axımı” vasitəsi ilə Serbiyaya nəqlinə başlanıb

Rusiya qazının “Türk axımı” vasitəsi ilə Serbiyaya nəqlinə başlanıb

Rusiya qazını Avropaya ixrac edən “Türk axımı” qaz kəmərinin Serbiya qismi istifadəyə verilib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, qaz kəmərinin istifadəyə verilməsi ilə bağlı Qospocints kəndində keçirilən rəsmi mərasimdə Serbiya Prezidenti Aleksandr Vuçiç, Rusiyanın Serbiyadakı səfiri Aleksandr Botsan-Xarçenko iştirak edib.

A. Vuçiç çıxışında bu kəmərin Serbiya üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Daha sonra kəmər Serbiyanın qaz təchizatı sisteminə qoşulub.

“Türk axımı”nın ikinci qolu Rusiya qazını Cənubi və Cənub-Şərqi Avropaya nəql etmək üçün nəzərdə tutulub. Kəmər Bolqarıstan, Serbiya və Macarıstan ərazisindən keçir. Serbiya ərazisində kəmərin uzunluğu 402 kilometr, ötürücülük qabiliyyəti il ərzində 13,88 milyard kubmetrdir.

Həmçinin oxuyun

Rusiyanın pomidor və turist qadağası: Ankara ilə Bakının “b planı” varmı…

Rusiyanın müxtəlif ölkələrlə münasibətlərində iqtisadi təzyiq mexanizmlərindən istifadə etməsi artıq heç kimdə şübhə doğurmur. 2014-cü …