Bazar ertəsi , May 23 2022
Ana səhifə / İqtisadiyyat / Rusiya qazı Azərbaycandan İrana ötürülə bilər

Rusiya qazı Azərbaycandan İrana ötürülə bilər

Tehran Rusiya qazının Azərbaycandan İranın cənubuna svop tədarükünü təklif edib.

Bunu İranın neft naziri Cavad Ouci deyib.

“Rusiyaya budəfəki səfər zamanı Rusiya qazının İran vasitəsilə svop tədarükü müzakirə olunub. Son aylarda biz İran ərazisindən Türkmənistandan Azərbaycana svop qaz nəqlini həyata keçirməyə başlamışıq. Anoloji formada biz Rusiya qazının sonrakı ixracı üçün Azərbaycandan İranın cənubuna svop tədarükünü təklif etdik”, – deyə nazir bildirib.

Nazirin sözlərinə görə, mayeləşdirilmiş qazı ölkənin istənilən bölgəsinə ixrac etmək olar.

Həmçinin oxuyun

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı 23 may tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan verilən məlumata görə, …