Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Rusiya Qazaxıstanı da Ukraynanın gününə salmağa hazırlaşır

Rusiya Qazaxıstanı da Ukraynanın gününə salmağa hazırlaşır

“Qazaxıstanda hazırkı vəziyyət Ukraynada Krımın ilhaqından əvvəlki vəziyyətə bənzəyir. Bu ölkədəki rus milli azlığı Rusiyaya qarşı millətçi əhval-ruhiyyənin getdikcə artmasından və rus dilinin qadağan olunmasından şikayətlənməyə başlayıb”.

Azinforum.az Virtualaz.org saytı istinadən xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “The Washington Post” qəzeti yazıb.

Məqalədə bildirilir ki, Rusiya bu bəhanələrdən ötən ilin martında Krımın ilhaqı üçün əsas kimi istifadə etdi.

Qazaxıstan əhalisinin 25 faizə qədərini ruslar təşkil edir. Onların çoxu Ukraynadakı ruslar kimi narazıdır. Qazaxıstan ruslarının bir çoxu iddia edir ki, onları qazax dilində danışmağa məcbur edirlər. Qazax dilindən istifadəyə son illər daha çox fikir verilir. Bundan əlavə, Qazaxıstan rusları dövlət idarələrində rəhbər vəzifələrdə az təmsil olunmalarından da şikayətlənir. Bəzi ruslar artıq Kremli onlara yardım göstərməyə də çağırır.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev isə bu çağırışlara cavab olaraq bəyan edib ki, ölkəsində etnik qarşıdurmaların yaşanmasına imkan verməyəcək.

“Biz etnik radikalizmin istənilən formasının qarşısını ən sərt formada alacağıq. Milli nifaqın hansı tərəfdən baş qaldırmasından asılı olmayaraq…” – deyə Nazarbayev bildirib.

Yada salaq ki, Qazaxıstan “rus problemi”ni artıq bir dəfə yaşayıb. Bu, hələ SSRİ dövründə – 1986-cı ildə olub. Kreml tərəfindən süni şəkildə yaradılan həmin etnik toqquşmalar Qorbaçovun paytaxt Almatıya qoşun yeritməsi və kütləvi qırğınla nəticələnib.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın