Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Rusiya İstanbul hücumunun məqsədini açıqladı

Rusiya İstanbul hücumunun məqsədini açıqladı

Atatürk Hava Limanındakı terror hücumu Türkiyənin Rusiya və İsraillə münasibətləri normallaşdırmasına qarşı törədilib.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev deyib.

O, bu hücumun Türkiyə və Rusiya liderləri arasında dialoqu pozmayacağını bildirib:

“Bu hücumla Türkiyəyə rus diplomatların rəhbərliyi altında terrora qarşı formalaşdırılan cəbhəyə qoşulmamaq üçün xəbərdarlıq edirlər. Bu hücum Türkiyə və Rusiya liderləri arasında dialoqu pozmayacaq, əksinə, daha da yaxınlaşdıracaq. Hər şeyə rəğmən, bu gün Türkiyə xalqı ilə birgə olduğumuzu demək istəyirəm. Hadisə zamanı ölənlərin yaxınlarına başsağlığı verirəm”.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın