Cümə axşamı , May 26 2022
Ana səhifə / İqtisadiyyat / Rusiya ilə pensiya müqaviləsi: Hansı yeniliklər vəd edir? – ŞƏRH

Rusiya ilə pensiya müqaviləsi: Hansı yeniliklər vəd edir? – ŞƏRH

“Azərbaycan ilə Rusiya arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Müqavilə Rusiyada əmək miqrantları kimi çalışan Azərbaycan vətəndaşlarının işlədikləri müddətdə qazanmış olduqları pensiya və sosial sığorta üzrə hüquqlarının tanınması və qorunmasına imkan verəcək. Eyni ilə Azərbaycanda əmək miqrantları kimi fəaliyyət göstərən Rusiya vətəndaşlarının da oxşar hüquqları olacaq.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

İqtisadçı qeyd edib ki, sənəd eyni zamanda azərbaycanlıların Rusiyada yaşadığı zaman qazandığı sığorta stajının da tanınmasına şərait yaradacaq: “Məsələn, Rusiyada yaşayan həmyerlimiz həmin ölkədə çalışaraq sığorta ödənişi həyata keçirib və 25 illik sığorta stajı var. Daha sonra o, Azərbaycana dönmək qərarı verir. Bu zaman o, Azərbaycanda pensiya yaşı tamam olanda Rusiyada qazadığı staj ilə pensiyaya çıxmaq hüququ əldə edəcək. Yəni, onun Rusiyada ödədiyi sığorta ödənişləri və qazandığı staj Azərbaycanda pensiyaya çıxmaq üçün yetərli olacaq.

Yaxud Rusiyada qısa müddət, 5 il çalışıb, ölkəyə qayıdıb Azərbaycanda işləyən həmyerlimizin də pensiyaya çıxan zaman şimal qonşumuzda qazandığı sığorta stajı ümumi stajına əlavə olunacaq.

Bu baxımdan, Rusiyada yaşayan və əmək miqrantları kimi çalışan həmyerlilərimiz ölkəmizə geri dönən zaman orada işlədiklərini təsdiq edən sənədləri də özlərində saxlması vacibdir. Təbii ki, elektron sistemlərin inteqrasiyası nəticəsində virtual məlumat mübadiləsi baş verəcək. Amma bütün hallarda bu tip sənədlərin qorunması arzuolunandır.

Bütövlükdə, bu sənəd Azərbaycan vətəndaşının Rusiyada qazandığı sığorta stajının Azərbaycanda, şimal qonşumuzun vətəndaşının ölkəmizdə qazandığı sığorta stajının Rusiyada qəbul edilməsinə imkan verəcək”.

Həmçinin oxuyun

Deputatdan etiraz: “Qiymətləri belə qaldırmaq olmaz!”

Bakı və ətraf ərazilərdə faraş kartof və soğanın, eləcə də, digər kənd təsərrüfatı məhsullarının qiymətində …