Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Rusiya ilə ABŞ arasında diplomatik – QALMAQAL

Rusiya ilə ABŞ arasında diplomatik – QALMAQAL

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Dövlət Departamentinin təmsilçisi Mark Tonerə qəzəblənib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Mark Toner Rusiyanın Suriyadakı atəşkəs niyyətinin ciddi olduğunu əməlləri ilə sübut edə bilmədiyi üçün “ya iş görsünlər, ya da ağızlarını yumsunlar” iafdəsini işlədib. Mariya Zaxarova amerikalı həmkarına sərt cavab verib. “Ağzını yummaq ifadəsini, cənab Toner bu idiom ifadənin geniş yayıldığı amerikalı diplomat həmkarlarına müraciətdə deyə bilər. Odur ki, hələ ki, Rusiya ağzını yummayıb, cənab Toner Suriyadakı real vəziyyəti öyrənə bilər”. Zaxarova Mark Tonerin bəyanatlarının Amerika diplomatlarında ağılın və tərbiyənin olmadığını, kobudluğun isə geniş yayıldığının sübutu olduğunu əlavə edib.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın