Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / İqtisadiyyat / Rusiya Ermənistanda yeni “maket hərbi hissəsi” yaratdı

Rusiya Ermənistanda yeni “maket hərbi hissəsi” yaratdı

Ötən ilin aprelində qüdrətli ordumuzun işğal altında olan min hektarlarla ərazini və mühüm strateji yüksəklikləri azad etməsindən sonra vahiməyə düşən Ermənistanın hərbi sahədə Azərbaycana qarşı üstünlüyünü acizanə şəkildə nümayiş etdirmək cəhdləri növbəti dəfə iflasa uğradı. Guya güclü artilleriya qurğularına və raket komplekslərinə malik olduğunu bütün dünyaya car çəkən, bunu “nümayiş” etdirməkdən çəkinməyən forpost dövlət ortaya çıxan əsaslı faktlarla bir daha ifşa edildi.

Belə ki, etibarlı mənbələrdən aldığımız məlumata görə, Rusiyanın Ermənistanda yerləşdirilən 102 saylı hərbi bazasının tərkibində “maket hərbi hissəsi” adlandırılan hərbi hissə yaradılıb. Həmin hərbi hissənin şəxsi heyətinin əsas vəzifəsi əvvəlcədən müəyyən edilmiş yerlərdə müxtəlif hərbi texnikaların, o cümlədən raket komplekslərinin, tankların, artilleriya qurğularının maketlərini qurmaqdır. Bu maketlərin bir hissəsinin Ermənistan ordusu tərəfindən gələcəkdə Azərbaycan Ordusuna və xalqına qarşı psixoloji təsir vasitəsi kimi istifadə olunmasına cəhdlər ola bilər.

Görünür, Ermənistan və onun köhnə at arabasına bənzəyən ordusu Azərbaycan Ordusunun gücü, onun sahib olduğu yüksək döyüş qabiliyyətinə malik hərbi texnikaları, aviasiyası, artilleriya sistemləri, raket kompleksləri qarşısında vahiməyə düşdüyünə görə, bir qaşıq suda fırtına qoparmaq məcburiyyətində qalıb. Daxili və xarici siyasətini yalan və mif üstündə quran Ermənistan indi hərbi məsələlərdə də bu vasitəyə əl atır. İqtisadi baxımdan dalana dirənən, ondan-bundan pul dilənən, xarici siyasətdə uğursuzluğa düçar olan, bütün regional proqramlardan təcrid edilən, ordusu çökən, heç bir perspektivi olmayan oyuncaq dövlətdən bundan artığını gözləmək də mümkün deyil.

Reallıqdır ki, əgər Ermənistan ötən ilin aprel döyüşləri zamanı öz havadarlarına və digər dövlətlərə yalvarmasaydı, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll edəcəkdi. Məhz bu döyüşlərdən sonra Ermənistan ordusu haqqında yaradılan mifin dağılması hakimiyyəti çətin vəziyyətdə qoymaqla yanaşı, dünya ermənilərində də ruh düşkünlüyü yaradıb. Təkcə Naxçıvanda mövcud olan və xarici hərbi ekspertlər tərəfindən döyüş qabiliyyəti müasir dünya orduları ilə müqayisə edilən Əlahiddə Ümumqoşun Ordusunun düşmən ölkə ərazisindəki istənilən obyekti, o cümlədən İrəvanı darmadağın edə bilən raket komplekslərinə malik olması Ermənistanda daha böyük təşviş yaradıb. Onlar yaxşı anlayırlar ki, əgər genişmiqyaslı hərbi əməliyyatlar başlasa, Əlahiddə Ümumqoşun Ordusu Ermənistan üçün çox böyük təhlükəyə çevriləcəkdir. Aparılacaq hərbi əməliyyatlar nəticəsində isə Azərbaycan Silahlı Qüvvələri qısa zamanda Qarabağı və digər ərazilərimizi işğaldan azad edəcəkdir. Odur ki, ermənilər ümidlərini maketlərə bağlayıblar. Unutmayaq ki, sabun köpüyü havada çox qalmaz…(AzərTAc-ın Naxçıvan bürosu)

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …

Bir cavab yazın