Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / İqtisadiyyat / Rusiya Ermənistana “İsgəndər-M” raketləri verdiyini təsdiqlədi: 4 kompleks…

Rusiya Ermənistana “İsgəndər-M” raketləri verdiyini təsdiqlədi: 4 kompleks…

Xəbər verdiyimiz kimi ötən həftə İrəvanda Ermənistanın formal müstəqilliyinin 25 illiyi münasibətlə sentyabrın 21-də keçiriləcək hərbi paradın məşqləri olub. Bu məşqlərdə Ermənistanın Rusiyadan aldığı bəzi yeni silahlar, o cümlədən barəsində çoxdandır söz-söhbətlər gedən “İsgəndər-M” operativ-taktiki raketləri nümayiş etdirilib. İrəvan küçələrindən üzəri maskalanmış azı 3 belə raket kompleksinin keçdiyi görünüb. Lakin Ermənistan Müdafiə Nazirliyi məsələyə dair şərh verməyib.

Rusiyanın “Vedemosti” həftəliyi də Ermənistan Müdafiə Nazirliyindən şərh ala bilməyib. Rusiyanın silah ixracı ilə məşğul olan “Rosoboroneksport” dövlət korporasiyasının da telefonları cavab verməyib.

Lakin korporasiyanın iki meneceri anonimlik şərti ilə təsdiq edib ki, Ermənistana bir diviziyon “İsgəndər-M” raket komleksləri verilib. Mənbələr deyib ki, “Rosoboroneksport”un bu sövdələşməyə aidiyyatı yoxdur. Çünki raketlər KTMT çərçivəsində silah təchizatı razılaşması əsasında verilib. Bir diviziyonda dörd “İsgəndər-M” raket kompleksi var. Hər kompleks iki raket daşıyır.

Xatırladaq ki, Rusiya Ermənistana 200 milyon dollar güzəştli silah krediti verib. Həmin kredit əsasında alınacaq silahların siyahısında “İsgəndər-M” raketləri yer almırdı. “Rosoboroneskport”un meneceri deyib ki, raketlərin verilməsinə dair müqavilə həmin kreditdən vəsaitlər cəlb edilmədən həyata keçirilib.Xəbər verildiyi kimi Ermənistan 200 milyon dollarlıq kredit hesabına Rusiyadan “Smerç” reaktiv yaylım atəşi sistemləri və “Solntsepyok” TOS-1A ağır odsaçan sistemləri almalıdır.

“Vedemosti” qeyd edir ki, bu vaxta qədər “İsgəndər” raketləri heç bir ölkədə ixrac edilməmişdi. Bu raketlərin ixrac variantı 280 kilometr uçuş radiusuna malikdir. KTMT üzvü olan ölkələrdən birinin Müdafiə Nazirliyinə yaxın mənbə deyib ki, Azərbaycan Rusiya, Ukrayna və İsraildən uzaqvuran reaktiv yaylım atəşi sistemləri alandan sonra Ermənistanda bu silahların yaşayış məntəqələrinə zərbələr üçün istifadə ediləcəyinə dair qorxu yarandı. Mənbə xatırladıb ki, aprel döyüşləri zamanı müdafiə naziri Zakir Həsənov Xankəndinə dağıdıcı zərbələr barədə xəbərdarlıq edib. Mənbə bildirib ki, bu baxımdan “İsgəndər” raketləri Azərbaycanın belə planlarının reallaşması baxımından ciddi çəkindirici amil ola bilər.

Lakin virtualaz.org qeyd edir ki, Azərbaycanın əlində Ermənistanın “İsgəndər” raketlərini neytrallaşdıracaq vasitələr var. O cümlədən Azərbaycan ordusu Naxçıvan istiqamətindən uzaqvuran raket komplekslərini İrəvana və Metsamor AES-ə tuşlamaqla Ermənistanın mümkün irimiqyaslı hərbi əməliyyatlar zamanı “İsgəndər” raketlərini işə salmasını istisna edə bilər.

Həmçinin oxuyun

Xaçmaz pomidoru bol olacaq

Bakı bazarlarına xeyli pomidor gətiriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir. Nazirlik yanında Aqrar …

Bir cavab yazın