Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / İqtisadiyyat / Rusiya Dövlət Duması BDM-in məktubuna nə cavab verdi?

Rusiya Dövlət Duması BDM-in məktubuna nə cavab verdi?

Beynəlxalq Diaspor Mərkəzinin Rusiya nümayəndəliyinin rəhbəri Natiq Bədəlov yaşadığı ölkənin Dövlət Dumasının rəhbərinin adına ünvanladığı məktubda qanunverici orqanda müzakirə olunan ermənipərəst qanun layihəsinin hazırlanaraq, qəbul olunması ilə bağlı göstərilən təşəbbüslərə kəskin etirazını bildirib. Onun məktubuna Dövlət Duması səviyyəsində cavab verilib. Azinforum.az hər iki məktubu təqdim edir:

“Hörmətli Sergey Yevgenyeviç!

Məlumdur ki, Gənc Türklərin triumviratı zamanı Osmanlı İmperiyasında baş verən vətəndaş müharibəsi müxtəlif tarixçilər tərəfindən fərqli dəyərləndirilir. Ancaq, mübahisəsiz olaraq hər ərəfli qəbul edilmiş bir faktdır ki, Osmanlı İmperiyasının erməni vətəndaşlarının bir hissəsi, Osnamnlıya qarşı savaşan tərəflərə dəstək vermişlər. Bundan sonra baş verən hadisələri istədiyiniz kimi adlandıra bilərsiniz, ancaq bu soyqırım deyil.

Cənab Narışkin! “Spravedlivaya Rossiya” partiyasını və şəxsən Sergey Mironov ikili standartlara üz tuturlar. Nə erməni separatistlərinin Xocalıda qadınları və körpələri vəhşicəsinə qətl etməsi, nə Osmanlı İmperiyasında Birinci Dünya Savaşı illərində erməni bandaları tərəfindən minlərlə türkün, kürdün, çərkəzin və digər millətlərə mənsub şəxslərin öldürülməsi “Spravedlivaya Rossiya” partiyası tərəfindən, nədənsə, soyqırım adlandırılmır.

Rusiyanın Qafqaz fəthi əsnasında, dağlıların kütləvi məhvi və sürgününü soyqırım adlandırırsınızmı? Və ya, İkinci Dünya Müharibəsində, işğal altında olan ərazilərdə yaşayan kollaborasionistlərin kütləvi edamlarını ideya uğrunda soyqırım kimi qələmə verən varmı? Beləliklə, hər hansı hərbi, fəthi və hətta cəza asiyasını soyqırım adlandırmaq olarmı?

Biz, Rusiyada yaşayan azərbaycanlılar, müharibə və zorakılıq əleyhinə olsaq da, tarixi mənaların, səbəblərin dəyişdirilməsinə, əsassız ittihamlara qarşıyıq. Bu qanun təşəbbüsü, hər şeydən əlavə, söz, vicdan və çap azadlığı kimi fundamental insan haqqlarına, həmçinin, Rusiya Federasiyası Konstitutusiyasının 19.2 və 29.3 bəndlərinə ziddir.

Həqiqətlərin bərqərar olacağına inanırıq”.

************

ГОСУДАРСТВЕННАЯ ДУМА ФЕДЕРАЛЬНОГО СОБРАНИЯ РОССИЙСКОЙ ФЕДЕРАЦИИ
АППАРАТ ГОСУДАРСТВЕННОЙ ДУМЫ
ОТДЕЛ ПО ОБЕСПЕЧЕНИЮ ДЕЯТЕЛЬНОСТИ ПРИЕМНОЙ ГОСУДАРСТВЕННОЙ ДУМЫ
УПРАВЛЕНИЯ ИНФОРМАЦИОННО-ТЕХНОЛОГИЧЕСКОГО И ДОКУМЕНТАЦИОННОГО ОБЕСПЕЧЕНИЯ
ул. Моховая, д. 7, Москва, 103265 Тел. (495) 629-68-27, (495) 629-65-04 Факс (495) 697-42-58

22.01.2016№ 2.8-15-1215
Н.А.БАДАЛОВ
[email protected]

Ваше обращение, поступившее в Государственную Думу Федерального Собрания Российской Федерации, рассмотрено и передано в ответственный Комитет Государственной Думы по гражданскому, уголовному, арбитражному и процессуальному законодательству к сведению.
Информируем, что принято решение Советом Государственной Думы вернуть законопроект № 958022-6 “О внесении изменений в Уголовный кодекс Российской Федерации и в статью 151 Уголовно-процессуального кодекса Российской Федерации (в части установления уголовной ответственности за отрицание фактов геноцида греков, ассирийцев и курдов-езидов)” субъекту права законодательной инициативы в связи с несоблюдением требований Регламента Государственной Думы.

Приложение: на _________ л.

Консультант отдела по обеспечению деятельности Приемной Государственной Думы С.Г.Римская

Azinforum.az

Həmçinin oxuyun

Qarabağ üçün ayrıca investisiya proqramı, yoxsa… – ŞƏRH

Azərbaycanın Ermənistanın işğalından azad olunmuş ərazilərinin bərpası – ən azı yaxın on il ərzində ölkəmiz …

Bir cavab yazın