Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Rusiya azərbaycanlı kosmonavtlar hazırlayacaq

Rusiya azərbaycanlı kosmonavtlar hazırlayacaq

“Aviadarst” müsabiqəsinin beynəlxalq mərhələsində çıxış edən Azərbaycan pilotları kosmonatvtlar heyətinə daxil olmaq üçün mübarizə aparırlar.

Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Kosmik Hava Qüvvələrinin baş komandanı, general-polkovnik Viktor Bondrev deyib.

“Budur, onlar qarşımızdadırlar, hamısı qəhrəmandırlar. Sabah biz bu möhtəşəm pilotlar sırasından kosmonavt heyətinə seçimlərə başlayacağıq. Ona görə də siz bundan sonra onların adlarını və soyadlarını hələ çox eşidəcəksiniz. Kosmos-Kosmik Hava Qüvvələrinin əsasıdır. Ona görə də biz əvvələ qayıdırıq. Yuri Qaqarin pilot kimi ilk dəfə kosmosa uçdu. Düşünürəm ki, biz bu ənənəni davam etdirəcəyik”, – “Aviadarts” müsabiqəsinin təltif edilmə mərasimində Bondarev vurğulayıb.

O həmçinin qeyd edib ki, Krım mərhələsinin finalçıları “Aviadarst”ın iyulun sonu və avqustun əvvəlində Ryazanda keçilirəcək beynəlxalq mərləsinə daha yaxşı hazırlaşmalıdırlar.

Öncədən verilən məlumata görə, beynəlxalq mərhələdə Rusiyadan başqa Çin, Belarus, Azərbaycan və başqa ölkələr də iştirak edəcəklər.

“Müdafiə naziri qərar qəbul edib- kosmonavtlar heyətinin sıralarına ən yaxşı pilotların seçimlərinə bazar ertəsindən başlayacayıq. Təbii ki, pilotlarımız ən yaxın gələcəkdə kosmosa üçacaqlar və nəinki Kosmik Hava Qüvvələrini, həmçinin bütün Rusiyanı məşhur edəcəklər. Biz əvvəlcə 10 nəfər seçəcəyik. Amma sonradan müsabiqə olacaq”- Bondarev belə deyib.

Virtualaz.org

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın