Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Rusiya Azərbaycanın daha 15 müəssisəsindən pomidor idxalına icazə verib

Rusiya Azərbaycanın daha 15 müəssisəsindən pomidor idxalına icazə verib

“Gələn il yanvarın 1-dən etibarən Azərbaycanın daha 15 müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verilib”.

Bu barədə “Rosselxoznadzor”un məlumatında bildirilib.

Qeyd edilib ki, danışıqların nəticələrinə əsasən, təqdim olunmuş məlumatlara uyğun olaraq və Azərbaycan Respublikasının səlahiyyətli qurumunun zəmanəti ilə “Rosselxoznadzor” 2021-ci il yanvarın 1-dən etibarən 15 Azərbaycan müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verilməsini mümkün sayıb.

Xatırladaq bundan əvvəl “Rosselxoznadzor” daha 17 Azərbaycan müəssisəsindən pomidor idxalına icazə vermişdi/APA.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …