Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / İqtisadiyyat / Rusiya Azərbaycan pomidorlarına qadağanı yumşaltdı

Rusiya Azərbaycan pomidorlarına qadağanı yumşaltdı

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) dekabrın 16-dan etibarən Azərbaycanın bir müəssisəsindən  pomidor idxalına icazə verib.

Bu barədə adıçəkilən qurum özü açıqlama yayıb.

Bildirilib ki, Azərbaycanın Xızı bölgəsində “Aqroterm” MMC tərəfindən yetişdirilən pomidorların Rusiyaya idxalına icazə verilib.

Qurum belə bir qərarın respublikanın Qida Təhlükəsizliyi Agentliyi ilə dekabrın 9-dan 14-dək baş tutan üç turdan ibarət danışıqlar nəticəsində verildiyini açıqlayıb.

Bu görüşlərdə Azərbaycan nümayəndələri pomidor və almalarda zərərvericilərin aşkarlanması halları ilə bağlı aparılan araşdırmaların nəticələrindən bəhs ediblər.

“Azərbaycanın daha iki istixana təsərrüfatının məhsullarının idxalına icazə verilməsi məsələsi müzakirə mərhələsindədir. Bu istiqamətdə ölkənin səlahiyyətli orqanları ilə iş davam edir”, – deyə qurumdan bildirilib.

Həmçinin oxuyun

Büdcə xərclərinə qənaət olunmasının nəyi pisdir?

Başa vurduğumuz 2020-ci il dünya ölkələri üçün maliyyə-fiskal-büdcə siyasəti baxımından əvvəlki illərlə müqayisədə bir çox …