Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Rusiya AŞPA-ya ayrılan maliyyəni blokladı

Rusiya AŞPA-ya ayrılan maliyyəni blokladı

Rusiya bu il Avropa Şurasına (AŞ) ayırmalı olduğu və AŞ-ın Parlament Assambleyasının (AŞPA) maliyyələşdirilməsi üçün nəzərdə tutulan ianənin üçdə birini (11 milyon) bloklayıb.

AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bəyan edib.

Qeyd edək ki, Avropa Şurasına ianə bir qayda olaraq bölünməzdir və AŞPA, Nazirlər Komitəsi, Yerli və Regional Hökumətlər Konqresi və Avropa İnsan Haqları Məhkəməsinə ümumi ödənişin həyata keçirilməsini tutur.İanənin ümumi həcmi 40 milyon avrodur.

Xatırladaq ki, Rusiyanın AŞPA-dakı nümayəndə heyəti 2014-cü ilin aprel ayında Ukrayna hadisələri və Krımla bağlı vəziyyətlə əlaqədar əsas səlahiyyətlərindən məhrum edilib.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın