Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Rusiya əhalisi yenidən azalmağa başlayıb

Rusiya əhalisi yenidən azalmağa başlayıb

Rusiya əhalisinin sayı bu ilin ilk yarısında 17 min nəfər azalıb və iyul ayının 1-nə 146,8 mln. nəfər təşkil edib.

“Report”un “Vesti” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Statistika Komitəsi məlumat yayıb.

Ötən il ölkə əhalisi 267,3 min nəfər, 2015-ci ildə isə 277,4 min nəfər artıb.

Bununla yanaşı, bu ilin ilk yarımilliyində doğulanların sayı 821 min nəfərədək azalıb. 2016-cı ilin eyni dövründə isə əhalinin sayında 928,4 min nəfər azalma olub. Ölənlərin sayı 2016-cı ilin yanvar-iyun aylarına qarşı (960,6 min) bu il 940,4 min nəfərədək azalıb.

Bununla da, 2017-ci ilin yanvar-iyun aylarında əhalinin təbii azalması 2016-cı ilin eyni dövrünə (32,2 min nəfər) qarşı 119,4 min nəfər təşkil edib. Miqrasiya nəticəsində artım əhalinin sayca itkisini 85,7% ödəyib.

Doğulanların sayının azalması Rusiyanın 84 subyektində, ölənlərin sayı isə 73 subyektində qeydə alınıb.

Bütövlükdə ölənlərin sayı doğulanların sayını 1,1 dəfə (bir il əvvəl – 1 dəfə olub), 25 subyektdə isə 1,5-2 dəfə üstələyib.

Əhalinin təbii artımı ilk yarımildə Rusiyanın 21 subyektində (2016-cı ilin eyni dövründə – 35 subyektdə) qeydə alınıb.

Miqrasiya nəticəsində yaranan artım 2016-cı ilin yanvar-iyun aylarına (141,9 min nəfər) qarşı 102,3 min nəfər təşkil edib.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın