Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Rus yazar erməni aparıcıya stəkan atdı – VİDEO

Rus yazar erməni aparıcıya stəkan atdı – VİDEO

Rus yazıçı Mixail Veller “TV Çentr” televiziyasında çəkiliş zamanı “Pravo Qolosa” verlişinin aparıcısı Roman Babayana stəkan atıb.

Axar.az xəbər verir ki, tərəflər arasında mübahisə Baltikyanı ölkələrdə yaşayan rusların vəziyyəti barədə aparılan müzakirələr zamanı yaşanıb. Aparıcının Baltikyanı ölkələrdəki vəziyyəti həddən artıq şişirtməsi Vellerin xoşuna gəlməyib. Daha sonra yazıçı Babayanı yalan danışmaqda ittiham edib və onun üzərinə stəkanı tullayıb. Bundan sonra o, studiyanı söyüş söyərək tərk edib.

Qeyd edək ki, Qarabağa qanunsuz səfərlər etdiyinə görə Roman Babayanın adı Azərbaycan Xarici İşlər Nazirliyinin qara siyahısına daxil edilib.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın