Çərşənbə , Aprel 17 2024
Ana səhifə / İqtisadiyyat / Rus xanım deputat terrorun qurbanı oldu Video

Rus xanım deputat terrorun qurbanı oldu Video

Rusiyada Novosibirsk vilayəti Qanunverici Məclisinin deputatı Oksana Bobrovskaya və həyat yoldaşının ölümü ilə nəticələnən münaqişənin təfərrüatları məlum olub.
 Report xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yerli kütləvi informasiya vasitələri məlumat yayıb.
 Məlumata əsasən, deputatın əri Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. O maşında ikən F-1 qumbarasını işə salıb.
 Həmçinin bildirilir ki, ilkin informasiyaya görə, belə bir davranışa ərin həyat yoldaşını xəyanətdə şübhəli bilməsi səbəb olub.
 Partlayış Tatyana Snejina küçəsi, ev 49 ünvanı yaxınlığında “Toyota RAV4” markalı avtomobilin salonunda baş verib.
 “Salonda iki meyit aşkar edilib”, – deyə mənbə bildirib.

 

Həmçinin oxuyun

Dollar və qızılın dəyərinin artması nədən xəbər verir?

Günlərdir dünya bazarında ABŞ dolları dəyər qazanır. Həmçinin neftin qiyməti də yüksəlir.“Bloomberg” yazır ki, Yaxın Şərq ətrafında …

Bir cavab yazın