Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Rus telekanalında hava proqnozu – “Suriyada hava bombardıman üçün mükəmməl olacaq” (Video)

Rus telekanalında hava proqnozu – “Suriyada hava bombardıman üçün mükəmməl olacaq” (Video)

Rus döyüş təyyarələrinin  Suriyada  hava əməliyyatları  keçirdiyi bir vaxtda, Rusiya televiziyasının hava proqnozunu  təqdim edən aparıcı skandala imza atıb. 
 
Avropa.info xəbər verir ki, “Rossiya 24″ telekanalının aparıcısı Suriyadakı hava vəziyyətindən danışarkən ” Suriyada hava şəraiti bombardıman üçün mükəmməl olacaq” deyib.
Dövlətə məxsus  “Rossiya 24”  telekanalında  bir döyüş təyyarəsi görüntüsünün qarşısında duran qadın diktor, Suriyada havanın az buludlu olacağını  bildirərək, “Buludlar uçuşu çətinləşdirməyəcək,  idarə olunan silah sistemlərinə də təsir etməyəcək” deyib.
Diktor sözlərinə davam edərək ekspertlərin Suriyada əməliyyat vaxtının çox yaxşı seçildiyini qeyd edib.

 

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın