Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Rus təyyarəsinin qəzaya düşməsinə səbəb məlum olub

Rus təyyarəsinin qəzaya düşməsinə səbəb məlum olub

Soçidən qalxan və Rusiyanın Qara dəniz akvatoriyasına düşən Tu-154 təyyarəsinin qəzaya uğramasının səbəbləri araşdırılır.

AzNews.az İnterfaks-a istinadən xəbər verir ki, Soçi aeroportu yaxınlığında köçəri quşların stansiyası yerləşir. Mənbənin agentliyə verdiyi məlumata görə, qəzaya səbəb quşun mühərrikə düşməsi ola bilər.

Artıq, aviaqəzada həlak olan sərnişinlərdən birinin meyiti tapılıb. Bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib. Meyit Soçinin sahil xəttindən 6 km aralıda aşkar edilib.

Qeyd edək ki, Suriyanın Latakiya bölgəsinə uçan təyyarədə 92 nəfər olub. Təyyarə havaya qalxandan 20 dəqiqə sonra radarlardan itib. Onlar arasında hərbi qulluqçularla yanaşı, Rusiyanın Xmeymim hərbi bazasına konsert üçün uçan Aleksandrov qrupunun musiqiçiləri və Rusiyanın Birinci və Zvezda kanalının jurnalistləri də var.

Faktla əlaqədar cinayət işi açılıb.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank “batır”: “Expressbank”dan 25 milyon depozit geri çəkilib

“Expressbank” 2024-cü ilin I rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.  “APA-Economics” banka istinadən xəbər verir ki, …

Bir cavab yazın