Bazar , Avqust 18 2019
Ana səhifə / İqtisadiyyat / Rus mətbuatı Ziya Məmmədovun həbs ehtimalından yazdı: “Bu, Fərhad Əliyevlə…”

Rus mətbuatı Ziya Məmmədovun həbs ehtimalından yazdı: “Bu, Fərhad Əliyevlə…”

Cari həftə Azərbaycanda artıq iki il gözlənilən hay-küylü xəbərlə başlanıb. Prezident İlham Əliyevin sərəncamı ilə iki nazirlik – Rabitə və Yüksək Texnologiyalar Nazilriyi ilə Nəqliyyat Nazirliyi birləşdirilib

Yeni nazirliyə indiyə kimi rabitə və yüksək texnologiyalar naziri vəzifəsini tutmuş Ramin Quluzadə başçılıq edir, 2002-ci ildən nazir vəzifəsini tutan 65 yaşlı Ziya Məmmədov isə istefaya göndərilib.

Bu xəbər böyük əks-səda doğurub, çünki Məmmədov Azərbaycanda ən nüfuzlu adamlardan biridir. Və qeyd etmək lazımdır ki, cəmiyyət ona böyük neqativlə yanaşıb. Məmmədova çoxları qeyri-simpatik idi və nifrət edirdi – xüsusən də dövlət məmuru işlədiyi illərdə topladığı böyük sərvətə görə.

Nazir-oliqarx Ziya Məmmədov və atasının biznesinin böyük qismini yönəldən oğlu Anar Məmmədovun adı müxtəlif qalmaqallarla bağlı KİV-də dəfələrlə xatırladılıb. Məmmədovlar tayfasını rüşvətxorluq, israfçılıq, hərki-hərkilik və hətta “yaş işlər”də ittiham ediblər.

Kreslosunu özü ilə aparıb

Ziya Məmmədov Azərbaycanda son nəqliyyat naziri oldu. Yəni istefa motivləri hər necə olur-olsun, o, çox yaxşı getdi. Demək olar ki, eynilə əvvəllər milli təhlüksizlik naziri Eldar Mahmudovun 2015-ci ildə getdiyi kimi.

Məmmədov uzaq 1971-ci ildə dəmiryol maşınçısının köməkçisi kimi işə başlayıb. Sonra elektrovoz maşınçısı, 1980-1981-ci illərdə ilk partiya təşkilatının katibi, 1981-1983-cü illərdə depo həmkarlar ittifaqı komitəsinin sədri, 1983-1984-cü illərdə Yollar İdarəsində lokomotiv dispetçer, 1984-1987-ci illərdə Biləcəri lokomotiv deposunun rəis müavini, 1987-1989-cu illərdə Biləcəri lokomotiv deposu Dəvəçi əvəzedici məntəqəsinin rəisi işləyib.

1989-cu ildə 1991-ci ilədək işlədiyi Gəncə lokomotiv deposunun rəisi vəzifəsinə göndərilib. 1991-1993-cü illərdə Azərbaycan dövlət dəmiryolları lokomotiv təsərrüfatı xidmətinin rəisi olub. 1993-1996-cı illərdə yol rəisi müavini, 1996- 2002-ci illərdə isə Azərbaycan Dövlət Dəmiryollarının rəisi vəzifəsində çalışıb.

Ziya Məmmədov 2002-ci il avqustun 8-də Azərbaycan Respublikası nəqliyyat naziri təyin olunub.

Portfelsiz nazir

Məmmədov yaxın illərdə ölkənin ali rəhbərliyinin qəzəbinə tuş gəlib. Ehtimalən, bu, 2014-cü ilin fevralında baş verib. Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin ardıcıl şəkildə azaldılması məhz bu dövrdən başlanıb ki, bu da Məmmədovun milyonlarla gəlir qaynağından məhrum olduğunu bildirib. Sonra Məmmədovların ailə biznesində də problemlər üzə çıxıb. Məmmədov portfelsiz nazirə çevrilib və heç harada gözə dəyməməyə çalışıb, övladı isə ümumiyyətlə ölkəni tərk edib. “Azadlıq”ın 2016-cı il 26 fevral məlumatına əsasən, Anar Məmmədov yaşamaq üçün ailəsi ilə həmişəlik İngiltərəyə köçüb və vətənə dönmək niyyətində deyil.

Bu arada KİV işlərin bu cür kəskin şəkildə dəyişilmə səbəblərini sezməyə başlayıb. Versiyalar ifadə olunub ki, Bakı-2015 Birinci Avropa Oyunları çərçivəsində avtobusun iştirakı ilə qəzadan sonra ona olan etibar sarsılıb. Hadisə iyunun 11-də 08.30-da Atletlər kəndinin nəqliyyat deposunda baş verib. “Bakubus” ASC-ə məxsus avtobus zolaqdan kənara çıxaraq avstriyalı sinxronçular Vanessa Saxinoviç və Luna Payeri vurub, həmçinin bir neçə başqa idmançı yaralanıb. Tezliklə ortalığa məlumat çıxıb ki, avtobusu əvvəllər mühakimə olunmuş sürücü idarə edib. Bu hadisə Bakının imicinə müəyyən qədər zərbə vurub, ölkə siyasi müxalifətinin və Oyunların keçirilməsi əleyhdarlarının əlinə kozır verib.

Həmçinin başqa versiya qismində Anar Məmmədovun Respublika Gününə həsr edilmiş rəsmi qəbulda görünməsi – ki, protokola sığışmır – baş nazirin gözdən düşmüş keçmiş birinci müavini Abbas Abbasovla dostluq, Rusiya prezidenti Vladimir Putinə birbaşa çıxış axtraışları, hələ o zaman ABŞ prezidentliyinə namizəd Donlad Trampla məxfi sövdələşmələr, “maliyyə xəyanəti”nin açıması irəli sürülür.

KİV təxmin edir, Əliyev sərəncam verir

Bütün bu əhvalatlar ölkədə parlament seçkilərinin astanasında hiss olunacaq dövriyyə toplamağa başladı. Buna görə də qənaətə gəlindi: struktur dəyişiklikləri yetişib, lakin yanlız seçkilərdən sonra baş verəcək. Bununla belə, prezidentin qərarını 17 ay gözləmək lazım gəlib. Bu yubatmanın cəmiyyətdə Məmmədova qarşı ehtirasların səngiməyinə hesablanıb-hesablanmadığı və yaxud hələ Heydər Əliyevin yüksək vəzifə etibar etdiyi məmur üçün daha bir şans nəzərdə tutulduğu hələlik aydın deyildi. Ola bilsin, bütün bu vaxt ərzində hökumətin sadəcə yadına düşməyib. Ancaq onun hakimiyyətdə saxlanması Azərbaycanın analitik mühitində çaşqınlıq və fikir ayrılığına səbəb olub. Məmmədovun “fatihə”sinin artıq verildiyinə nisbətdə şübhəni onun milyarder, ABŞ prezidenti kreslosunu tutan Donald Trampla dostluq və işgüzar münasibətləri də möhkəmləndirib. Fikir bildirilib ki, Trampın ABŞ-da hakimiyyətə gəlişi ilə Ziya Məmmədovun yardımı sayəsində Vaşinqtonla münasibətlər yenidən qaydaya salınacaq. Və hətta bununla bağlı Məmmədova baş nazir yeri güman edilirdi.

Görünür, Məmmədovun özündə də Trampın ABŞ prezidenti postuna seçiləcəyi halda mövqeyinin güclənəcəyi və “günahlarının” yuyulacağına bəzi ümidləri var idi. Bəzi məlumatlara əsasən, ilkin seçkilərdə Trampın hər qələbəsindən sonra Məmmədov Bakıda bunu yaxınları ilə “Meridian” otelində qeyd edib.

Bu arada Amerika KİV-ləri məlumat vermyə başladı ki, Azərbaycan oliqarxının oğlu Anar Məmmədovla əməkdaşlıq Trampa şərəf gətirmir.

“Not only business”

Azərbaycan analitikləri Ziya Məmmədovun istefasında siyasi siyasi motivlər görmürlər.

Politoloq Zərdüşt Əlizadə istefanı EADaily-yə şərh edib:

“Ziya Məmmədov prezidentin etimadını doğrultmayıb, missiyasını yerinə yetirməyib, budur, onu da işdən çıxarıblar. Axı hər kəs ölənə kimi ömrüboyu vəzifədə oturmamalıdır. Zaman-zaman kimisə işdən çıxardırlar. Nəqliyyat nazirliyinin yüksək səviyyədə korrupsiyalaşdığı və effektsiz işi nəzərə alınmaqla bu müəssisəni buraxıb başqa nazirliklə birləşdirib, bu gün hakimiyyətin böyük etimadından yararlanan yeni nazir təyin ediblər”.

Başqa ekspert – Tofiq Abbasov Məmmədovun istefasını Azərbaycanda aparılan böyük yenidəntəşkil işinin başlanğıcı sayır:

“Mətbuatdakı materiallara əsasən, bu, ölkə rəhbərliyini qane etməyib və prosesin gedişində hər şeyi və mövqeyini itirib. Ziya Məmmədov işin bəzi sektorlarından məhrum olmaqla ordusuz generalı xatırladırdı. İş elə buna da gedirdi. Digər tərəfdən, ölkədə səlis islahatlar gedir, bəzi müəssisələr, nazirliklər və s. birləşir. Prezident İlham Əliyevin özü dəfələrlə deyib ki, məmur aparatı bir qədər şişib və düşünürəm ki, bu, böyük yenidəntəşkil, struktur dəyişiklikləri, innovasiyalı qərarların yalnız başlanğıcıdır. Uduş bunda olacaq ki, millli bürokratiyanın tutumu azalacaq, idarəçilik sistemi nizama salınacaq, daha işlək və çevik olacaq”.

Ekspertin sözlərinə görə, məsələ istisnasız olaraq hakimiyyətin qanadları arasındakı səlahiyyətlərin məhdudlaşdırılması, idarəçilik trendlərinin səmərəliləşdirməkdədir. Politoloq qeyd edir: “Ziya Məmmədov Trampın nə cür tərəfdaşı olur-olsun, o, böyük bir ölkənin prezidentidir və buna görə də ABŞ-ın maraqları xeyrinə qərar qəbul edir. Yəni Tramp müvəqqəti olaraq, ən azı, dörd il öz biznesini unutmalıdır ki, xaricdəki, o cümlədən ölkəmizdəki bir çox layihələrini yığışdıraraq bunu da edib”.

Tutacaqlar, tutmayacaqlar?

Ziya Məmmədov istefadan sonra mətbuat təmsilçiləri ilə artıq iki dəfə təmasda olmağa müvəffəq olub, lakin əvvəllər KİV-lə səmimi və isti münasibəti qeydə alınmayıb. Keçmiş nazir bildirib ki, nəyin və necə olacağını özü də bilmir.

Keçmiş nazir indi hansı vəzifəni tutacağı haqda suala cavab verib: “Bu haqda heç nə deyə bilmərəm. Mən özbaşıma deyiləm. Bu sual mənim səlahiyyətimə aid deyil”.

Məmmədovun sözlrinə görə, hazırda evdədir. “Hazırda nazir deyil, sıravi vətəndaşam”.

Məmmədovun istefası ilə Azərbaycanda əvvəlki yüksəskçinli məmurların istefası tutuşdurulsa, keçmiş nazirin sonrakı taleyinə nisbətdə birmənalı proqnoz vermək çətindir.

“Ziya Məmmədovun işi” Azərbaycanın keçmiş iqtisadi inkişaf naziri, səlahiyyətləri tədricən alınmış və yekunda uzunmüddətli həbs almış “Fərhad Əliyevin işi”nə çox bənzəyir.

Başqa tərəfdən, bu hadisə yuxarıda sözügedən və bu gün də azadlıqda olan Eldar Mahmudovun əhvalatına da çox çəkir. Lakin təxmin etmək olar ki, onu ittiham etmək üçün yetərincə maddə tapmaq mümkündür.

EAdaily.com

Tərcümə Strateq.az-a məxsusdur

Həmçinin oxuyun

Ölkə turizminin xilas yolu: Hansı dəyişiklik olacaq? – ŞƏRH

Azərbaycanın turizm potensialı böyük olsa da, ölkəmiz bu sahədə region ölkələrindən geri qalır.  Hətta qonşu …

Bir cavab yazın