Cümə axşamı , İyun 20 2019
Ana səhifə / İqtisadiyyat / Rublun ucuzlaşması Azərbaycana nə vəd edir? – ŞƏRH

Rublun ucuzlaşması Azərbaycana nə vəd edir? – ŞƏRH

Rusiya rubl yenidən ucuzlşamağa başlayıb. Bu ilin fevralında 1 dollar almaq üçün 55 rubl ödəmək lazım idisə artıq 69 rubldan artıq vəsait tələb olunur. Rusiya pulu “1 dollar 70 rubl” psixoloji həddinə yaxınlaşmaqdadır. Son 1 ayda rubl 11 faizə yaxın dəyər itirib. Enerji məhsullarının qiymətinin yüksək və eləcə də Rusiya xarici ticarət göstəricilərinin pozitiv olmasına baxmayaraq rəsmi Moskva milli valyutasını dəyərsizləşməkdən qoruya bilmir
Bunu iqtisadçı ekspert Vüeqar Bayramov deyib. O bildirib ki, 2017-ci ildə Rusiyanın ixracatı 353 milyard dollar, idxalı isə 238 milyard dollar olub.

“Bu isə o deməkdir ki, ötən il Rusiya xarici ticarətdə 115 milyard dollar müsbət saldo olub. Enerji məhsullarının Rusiyanın ümumi ixracatında payı isə 60 faizdir. Tədiyyə balansında da Rusiyanın vəziyyəti pis hesab edilmir. Amma bunlara rəğmən ABŞ sanksiyaları fonunda rubl dəyər itirməkdədir. Güman olunur ki, Vaşinqton sanksiyaları sərtləşdirərsə o zaman rublu yeni dalğalanmalardan qorumaq mümkün olmayacaq”.

Ekspert qeyd edib ki, rublun ucuzlaşması şimal qoşumuzda Azərbaycan məhsullarının bahalaşmasına gətirib çıxarıb. “Əgər 1 ay öncə 100 manatlıq məhsulumuzun Rusiyada qiyməti 3676 rubl idisə indi bu rəqəm 4084 rubladək dəyişib. Bu isə o deməkdir ki, şimal qonşumuzun milli valyutası ifadəsində hər 100 manatlıq məhsulumuz son 1 ayda Rusiya bazarında 408 rubl bahalaşıb. Rubl dəyərsizləşməkdə davam edərsə qeyri-neft məhsullarımızın Rusiya bazarında rəqabət imkanları azalacaq. Rusiya Azərbaycanın qeyri-neft ixracatında 34 faizə malik olmaqla ixrac etdiyimiz aqrar məhsulların 90 faizə yaxınını aldığını nəzərə alsaq rublun ucuzlaşmasının ixracatımıza təsirlərini müəyyənləşdirmək çətin olmaz”.

Həmçinin oxuyun

Meyvələrin qiyməti hələ də “od saçır” – Kənd Təsərrüfatı Nazirliyi ilə Gömrük Komitəsinə SƏRT İTTİHAMLAR

“Gömrük orqanlarının apardığı siyasət daxili bazarın yerli mallarla təmin olunmasını məhdudlaşdırır”. Bu fikirləri Yenicag.az-a açıqlamasında …