Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Reyqana qarşı 35 il əvvəl sui-qəsd törətmiş şəxs azadlığa buraxılıb – FOTOLAR

Reyqana qarşı 35 il əvvəl sui-qəsd törətmiş şəxs azadlığa buraxılıb – FOTOLAR

1981-ci ildə ABŞ-ın o zamankı prezidenti Donald Reyqana qarşı sui-qəsd törətmiş Con Hinkli 35 ildən sonra ruhi xəstə olan məhkumlar üçün ciddi rejimli dispanserdən azadlığa buraxılıb.

APA-nın “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, bu ilin iyulunda federal hakim 61 yaşlı Hinklinin özü və ictimaiyyət üçün artıq təhlükə yaratmadığına dair qərar verib.

Qərara əsasən, Con Hinkli Virciniya ştatının Uilyamsburq şəhərində yaşayan anasının evində məskunlaşmalı, mətbuat nümayəndələri ilə təmas qurmamalı, xüsusi icazə olmadan internetdən, sosial şəbəkələrdən istifadə etməməli, alkoqollu içkilər və narkotik vasitələr qəbul etməməlidir.

Qeyd edək ki, Con Hinkli 1981-ci ilin martın 30-da Donald Reyqana qarşı sui-qəsd törədib. O, prezidentə yaxınlaşaraq tapançadan 6 dəfə atəş açıb. Hücum nəticəsində Donald Reyqan sinəsindən ağır güllə yarası alıb, insident nəticəsində daha 3 nəfər yaralanıb.

Məhkəmə prosesi zamanı onun ruhi xəstə olduğu sübuta yetirilib və o ruhi xəstələr üçün ciddi rejimli dispanserdə məcburi müalicəyə məhkum edilib.

donald reyqana qarsi 35 il evvel sui qesd toretmis sexs azadliga buraxilib
donald reyqana qarsi 35 il evvel sui qesd toretmis sexs azadliga buraxilib

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın