Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / İqtisadiyyat / Respublika toxum sərgi-satış yarmarkası öz işini uğurlayekunlaşdırdı

Respublika toxum sərgi-satış yarmarkası öz işini uğurlayekunlaşdırdı

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Dövlət Toxum Fondunun təşkilatçılığı ilə Azərbaycanınmüxtəlif regionlarında toxum sərgi-satış yarmarkalarıkeçirilir. Budəfəki sərgi-satış yarmarkası Xaçmaz KOB evininqarşısında təşkil olunub.

Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Azərbaycan Toxumçular Assosiasiyası, Əkinçilik, Tərəvəzçilik, Meyvəçilik Elmi-Tədqiqat İnstitutları, Kiçik vəOrta Biznesin İnkişafı Agentliyinin (KOBİA) struktur bölmələri- həmçinin yerli toxum istehsalçıları toxum istehsalı və satışıilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.

Tədbirdə çıxış edən Xaçmaz rayon İH başçısı Elnur Rzayevbildirib ki, ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi vəmüasirləşdirilməsi istiqamətində mühüm işlər görülür. Kəndtəsərrüfatı istehsalçılarına dövlət dəstəyi davamlı şəkildəhəyata keçirilir. Regionların sosial-iqtisadi inkişafıçərçiəvsində xeyli sayda istehsal və emal müəssisələriyaradılıb. Bu gün Xaçmazda keçirilən toxum sərgi satışyarmarkasına da xeyli maraq var. Ətraf rayonlardan olanfermer və sahibkarlar bu yarmarkada iştirak edirlər. 

Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, bugün ölkəmizdə kənd təsərrüfatı məhsullarına olan tələbatınyerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarınınartırılması sahəsində ardıcıl tədbirlər görülür. Müasir aqrosistemlər qurulur, yeni torpaqlar əkin dövriyyəsinə qatılır, torpaq mülkiyyətçiləri texnika və gübrə ilə təmin edilirlər.

M.Əliyev diqqətə çatıdırb ki, bu gün bu gün ölkə üzrəkeçirilən sayca 6-cı yarmarkada 20-dən çox toxumçu fermeriştirak edir. Sərgi-satış yarmarkasında 30-dan çox sortuntoxumu təqdim edilir. Yarmarkada Xaçmazdan olanfermerlərlə yanaşı Quba, Qusar, Siyəzən həmçinin digərrayonlardan olan fermer və toxumçular da təmsil olunurlar. Ümumiyyətlə isə ölkənin 6 regionunda keçirilən satışyarmarkaları istehsalçı ilə istehlakçı arasında birbaşaəlaqələrin qurulmasında, işgüzar görüşlərin keçirilməsində, fermerlərin sertifikatlı toxuma əlçatanlığının təminolunmasında böyük əhəmiyyət kəsb edib. Toxum sərgi-satışyarmarkalarında fermerlər yerli sortların toxumlarına maraqgöstəriblər. Gələcəkdə də toxum bazarının daha da inkişafetidirilməsi üçün satış yarmarkalarının əhatəsiningenişləndirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, keçirilən yarmarkalarda fermerlər vətoxumçuları maraqlandıran suallar ətraflı cavablandırılıb vəgeniş müzakirələr aparılıb. Fermerlərə regionun torpaq-iqlimxüsusiyyətlərinə uyğun sortların seçilməsi, toxumuntəmizlənməsi, dərmanlanması, səpinin aparılması  qaydalarıhaqqında ətraflı məlumatlar verilib və informasiyamaterialları təqdim olunub.

Həmçinin oxuyun

“Çıraq” platformasından hasilat dayandırılır

BP Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin əməliyyatçısı kimi məlumat verir ki, AÇG-nin illik iş …