Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / “Reina” terrorçusundan etiraf: “İŞİD üçün etmişəm”

“Reina” terrorçusundan etiraf: “İŞİD üçün etmişəm”

“Yaxalanmış terrorçu Yeni il gecəsi “Reina” gecə klubunda cinayət törətdiyini etiraf edib. Barmaq izləri uyğun gəlir. Cinayətkar 1983-cü il təvəllüdlü Özbəkistan vətəndaşıdır”. 
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İstanbul valisi Vasip Şahin deyib.
V. Şahin bildirib ki, terrorçu Abdulqadir Maşaripov Türkiyəyə sərhədi qanunsuz keçərək daxil olub: “O, Əfqanıstanda təlim keçib, 4 dil bilir. Bu terror aktını İŞİD adına həyata keçirib”.
Terrorçuda 197 min dollar pul, tapança, SİM kartlar, eləcə də dron aşkarlanıb.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın