Ana səhifə / İqtisadiyyat / “Regionlarda investisiya artımına nail olunmalıdır” – Ekspert

“Regionlarda investisiya artımına nail olunmalıdır” – Ekspert

“Əsas kapitala yatırılan investisiyaların artımı iqtisadi inkişafın təkanverici amili və bünövrəsidir. Əgər biz bir tərəfdən investisiyaların həcmini, digər tərəfdən isə onların effektivliyini artırmış olsaq, bu, regional inkişaf baxımından ölkəyə çox böyük və proporsional iqtisadi inkişaf xətti verə bilər. Çünki regionların paytaxtdan geriləməsi şübhəsiz ki, iqtisadi inkişafın dayanıqlığı və tarazlığı baxımından problemləri qaçılmaz edir”.

Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.

Ekspert bildirib ki, bunun qarşısını almaq üçün ilk növbədə regionlarda investisiyaların artımına nail olunmalıdır:

“Söhbət birbaşa investisiyalardan gedir. Həmin investisiyaların effektivliyinin təminatı məsələsi diqqət yetirilməlidir. Sözsüz ki, bazar iqtisadiyyatı şəraitində biz əsas təkanverici amil kimi investisiya artımında məhz daxili özəl investisiya institutunun inkişafına söykənməliyik. Belə ki, buı şəraitdə büdcə sərmayələri, büdcədən yatırılan vəsaitlər ilk növbədə infrastruktur təminatına istiqamətlənməlidir. Amma sırf iqtisadi fəaliyyətlə bağlı regionlarda özəl daxili investisiyaların artmasına şərait yaradılmalıdır. Şübhəsiz ki, burada bank sektorunun həlledici rolu olmalıdır”.

Ekspert hesab edir ki, investisiyaların idarə edilməsi, onların effektivliyinin təminatında da mütərəqqi yanaşmalara gedilməlidir:

“Əks halda investisiyaların artımı belə gözlənilən effekti verməyəcək. Ona görə də bu istiqamətlər üzrə fəaliyyətin təkmilləşdirlməsinə ehtiyac var. Regionların sosial-iqtisadi inkişafı birbaşa olaraq əsas kapitala yatırılan investisiyaların həcmindən və onların idarə edilməsindəki effektivlikdən asılı olacaq”.

Həmçinin oxuyun

İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkələri birləşdiriləcək? – Açıqlama

İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkələrinin birləşdirilməsi istiqamətində proyekt üzərində işlər yekunlaşmaq üzrədir və tezliklə …