Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / Referendumla bağlı səhv anlaşılar deyə, “Siqaretə YOX” afişaları yığışdırıldı – Türkiyədə

Referendumla bağlı səhv anlaşılar deyə, “Siqaretə YOX” afişaları yığışdırıldı – Türkiyədə

Türkiyənin Konya Xalq Sağlığı Müdürlüyü tütün əleyhinə “Dumansız hava” kampaniyasını dəstəkləmək üçün “Xeyr!” başlıqlı tədbiri dayandırıb, referendumla bağlantı qurula biləcəyi səbəbi ilə afişa və broşuraları yığışdırtdırıb. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə “Sözcü” xəbər yayıb.

Şəhərin müxtəlif bölgələrində evlərə, iş yerlərinə paylanan və divarlara asılan afişalarda belə ifadələr olub: “Nəyi qazanmaq istədiyinizə qərar verin… Uşaqlarınızı zəhərləmək istəyərsiniz? İqtidarsız olmaq istəyirsiniz? Əlil arabasında həyat sürmək istəyirsiniz? Xərçəng olmaq istəyirsiniz?.. ЙОХ desəniz həyatınızı və gələcəyinizi qazandınız”.

AK Partinin Konyadan olan millət vəkili Abdullah Ağrılı da “Broşuralar əvvəlcədən hazırlanmışdı. Yanlış anlaşılmaya səbəb olmaması üçün paylaşımı dayandırıldı”, – deyib.

Həmçinin oxuyun

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

2024-cü ilin mart ayında Azərbaycanda ən çox şikayət edilən bank 5,03 indeksi ilə “Bank of …

Bir cavab yazın