Ana səhifə / İqtisadiyyat / Ramiz Mehdiyevin qohumu 1 milyonluq tender keçirdi – BAZAR OLSUN!..

Ramiz Mehdiyevin qohumu 1 milyonluq tender keçirdi – BAZAR OLSUN!..

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Tender müsabiqəsinin qalibi “Finacco” MMC olub. Qalib şirkətə 993 704 manat 54 qəpik ödəniləcək.

“Finacco” MMC AMEA İşlər İdarəsinin elmi müəssisə və təşkilatlarının yerləşdiyi bina və ərazilərdə təmir işlərini görəcək.

Qeyd edək ki, AMEA-nın İşlər İdarəsinin müdiri vəzifəsini Fikrət Əliyev icra edir. O, akademiyanın prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyevin qardaşıdır.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …