Ana səhifə / İqtisadiyyat / Rakkadan qaçan İŞİD gəlinlərinin ŞOK ETİRAFLARI -Seks və qadın düşkünləridirlər

Rakkadan qaçan İŞİD gəlinlərinin ŞOK ETİRAFLARI -Seks və qadın düşkünləridirlər

ABŞ-ın dəstəyi ilə Rakka şəhərinin İŞİD terrorçularından təmizlənməsi əməliyyatı davam edir.

Azinforum.az  “Ölkə.Az”a istinadən xəbər verir ki, “CNN” telekanalı bir qaçqın düşərgəsində yaşayan terrorçuların arvadları ilə görüşüb. Müsəlman, dindar kişilərlə yeni bir həyat qurmaq ümidi ilə Rakkaya gedən bir çox qadının xəyalları paramparça olub. İndoneziyalı bir qadın “cihat deyirlər, amma sadəcə qadın və seks barədə düşünürlər”-deyib.

Fransalı Səidə İŞİD terrorçusu ərinin ölümündən sonra ölkəsinə qayıtmaq arzusundadır. Suriyalı ingilis dili müəlliməsi Mey Türkiyəyə qaçmaq istərkən Rakkaya gedib. Burada mərakeşli bir İŞİD döyüşçüsünə aşiq olub orada qalır. İndoneziyalı üç bacı isə İŞİD-in pulsuz səhiyyə və təhsil vədlərinə aldanıblar.

Fransız gəlini

Səidə Fransanın cənubundakı Montpellier şəhərində anadan olub. İŞİD-in güclü, dindar bir kişi ilə yeni bir həyat qurma vədinə aldanaraq qruplaşmaya qoşulub. Rakkaya gələrək “madafa” adlı qadınlar yataqxanasına yerləşdirilib. Səidə deyir: “Bura gələndə bir CV hazırlayırsınız, adınız, yaşınız, bacarıqlarınız, necə bir kişi axtardığınızı qeyd edirsiniz. Kişilər də CV göndərir. 15-20 dəqiqəlik görüşlər olur. Sonra da hə və ya yox cavabı verirsiniz. İkinizin də cavabı müsbət olsa, evlənirsiniz. Hər şey çox sürətli olur”.

Səidə Yasin adlı bir terrorçu ilə ailə qurur. 14 aylıq bir körpəsi var. Rakkadan qaça bilmək üçün bir çobana 6 min dollar ödəyib. Əri Yasin isə qaçanda öldürülüb. Onun indi ən böyük arzusu vətəninə qayıtmaq və çimərlikdə istirahət etməkdir: “Həyatı sevirəm. İşləməyi sevirəm. Cins şalvarımı sevirəm. Makiyajı sevirəm. Anamı və atamı sevirəm. Arzuladığım tək şey evə qayıtmaq, maşın almaq və səyahətə çıxmaqdır”.

Homslu ingilis dili müəlliməsi Mey

Mey Homslu ingilis dili müəlliməsidir. Türkiyəyə qaçarkən yolu Rakkadan düşüb. İlk ərinin snayper atəşi ilə öldürülməsindən sonra qaçmağa qərar verib. Uşaqları ilə Rakkadakı bir dostunun evinə sığınanda qapı qonşusu Bilal ilə tanış olub. Mey “Düşünürəm ki onu mənə Allah göndərib”-deyir. Kobanidə əsir olan Bilalın sülhsevər, müharibəni sevməyən bir şəxs olduğunu bildirir. Mey bildirir ki, avropalı qadınlara İŞİD-ə gələndə güclü, silahlı, onları qoruya biləcək avropalı kişilər axtarırlar. Amma çox vaxt ümidləri boşa çıxır. Çünki 3-4 gün sonra və ya bir ay sonra boşanırlar. Elə qadınlar var ki, 6 dəfə boşanıb evlənib. Qazılar qadınları şallaq və həbslə hədələyirlər.

Qadın və seks düşkünləri

İndoneziyanın paytaxtı Cakartadan Rakkaya getmək üçün külli miqdarda pul ödəyən üç bacı müsəlman dindar kişi saydıqları İŞİD terrorçularından narazıdırlar: “Allah üçün cihad deyirlər, amma sadəcə qadın və seks düşkünləridirlər. İyrəncdir. Bir dul qadınla evləndiklərində bir neçə min dollar aldıqlarını eşitdim. Axşamdan sabah evlənmək istədiklərini xəbər verirlər”.

Nur xüsusilə də qadın yataqxanasında davalardan və intriqalardan şok olub: “Yataqxanadakı qadınların hərəkəti İslamdan çox uzaqdır. Bir-birlərinə qışqırırlar, dedi-qodu edirlər, dalaşırlar. Çox pərişan olmuşdum”.

Rahmanın xərçəng xəstəliyi və Finanın kompüter təhsili üçün Rakkaya gəldiklərini bildirən 3 qadın hazırda İndoneziyaya qayıtmaq istəyirlər.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın