Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Rəşt-Astara dəmiryolunun tikintisi niyə yubanır? – Açıqlama

Rəşt-Astara dəmiryolunun tikintisi niyə yubanır? – Açıqlama

Azərbaycan, İran və Rusiya “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsinə uyğun gələn Rəşt-Astara dəmir yolunun tikintisinə birgə sərmayə ayırmaq niyyətindədir. Bu barədə “Mehr” agentliyi yazıb.Qeyd edək ki, Rəşt-Astara dəmir yolu xətti tamamlanıb istifadəyə verildikdən sonra Azərbaycan və Rusiyanın İranın cənubundakı dəniz limanları ilə nəqliyyat əlaqəsi yaranacaq.
Bəs, Rəşt-Astara dəmir yolunun tikintisi niyə yubanır?
Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlama verib.

Ekspert qeyd edib ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi gələcəkdə Azərbaycanın böyük bir nəqliyyat mərkəzinə çevrilməsi üçün ən mühüm layihələrdən biridir:

“Ətraf ölkələrin demək olar ki, hamısı bunda maraqladır. Bu layihədə həm İran, həm Rusiya iştirak edir. Lakin sanksiya rejimi investisiya, avadanlıqların alınması, eləcə də işlərin sürətlə aparılmasını çətinləşdirir. Azərbaycan bu məsələdə maraqlıdır. Hətta bir neçə il öncə İranla Rəşt-Astara dəmiryolunun bərpası, yeni yolların çəkilməsi ilə bağlı müqavilə də bağlayıb”.
N.Cəfərlinin sözlərinə görə, layihənin gecikməsinin əsas səbəbi Rusiya və İrana qoyulan sanksiyalardır:

“Hələlik beynəlxalq konyuktura, sanksiyalar rejiminə görə bu layihələr gecikir. Amma paralel olaraq Avropa Birliyi və ABŞ-la da İranın İsveçrədə danışıqları gedir. Həmin danışıqlarda İranla bağlanan nüvə sazişi yenidən bərpa olunacaqsa, Rəşt-Astara dəmir yolunun da bərpası sürətlənə bilər. Qeyd edək ki, 2016-cı ildə İranla Avropa Birliyinin 4 ölkəsi, eyni zamanda Rusiya və Amerika nüvə anlaşması imzalamışdı. Daha sonra Tramp həmin anlaşmadan çıxıdı. Ona görə də İrana qarşı sanksiyalar daha da artdı. İndi yaxın həftələrdə nüvə anlaşmasının bərpası gözlənilir. Bundan sonra İran ərazisində işlərin daha rahat görülməsinə imkanlar yaranacaq. Azərbaycan da investor kimi layihədə iştirak etmək istəyir və yəqin ki edəcək”.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …