Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / İqtisadiyyat / Rəsmi Tehrandan Səud rejiminə xəbərdarlıq

Rəsmi Tehrandan Səud rejiminə xəbərdarlıq

İran İslam respublikasının ali dini lideri Əli Xamneyi Səudiyyə Ərəbistanına xəbərdarlıq edib. ANS PRESS-in məlumatına görə, ali dini lider rəsmi Riyaddan iranlı zəvvarlara qarşı hər hansı bir hörmətsizlik olacağı təqdirdə onlara kəskin və ağır cavab veriləcəyini bildirib.

Xamneyi həmçinin Mina faciəsinin araşdırılması ilə bağlı İranın da iştirak edəcəyi araşdırma komissiyası qurulmasını tələb edir. “Faciənin baş verməsinə görə, indilik mühakiməsiz qərar vermirik. Amma ölkə rəhbərliyinin zərərçəkmişlər üçün öz üstünə düşən vəzifəni yerinə yetirmədiyinə inanırıq”.

Səudiyyə Ərəbistanının dünyasını dəyişən zəvvarlar üçün öhdəliklərini yerinə yetirmədiyini deyən Xamneyi İranın İslam əxlaqı və qardaşlıq hüququna görə, indiyə qədər soyuqqanlı hərəkət etdiyini deyib.

Minada izdiham faciəsi zamanı 239 iranlı zəvvarın dünyasını dəyişdiyini, 241 nəfərdən isə hələ də xəbər alınmadığını deyən rəsmi Tehran ötən gün növbəti dəfə Səudiyyə Ərəbistanının Tehran səfirliyindəki nümayəndəsini Xarici İşlər Nazirliyinə dəvət edib. Səud nümayəndəsi bundan əvvəl 3 dəfə XİN-ə dəvət olunub.

Bu il sentyabrın 11-də Məscidi Haramda kran aşmış, nəticədə 107 zəvvar dünyasını dəyişmiş, 238 nəfər isə xəsarət almışdı.

Bundan sonra Qurban bayramının ilk günü – sentyabrın 24-də Məkkə şəhərinin yaxınlığındakı Mina çölündə şeytan daşlama ayini vaxtı 769 zəvvarın ölümü, minə yaxın insanın yaralanması ilə nəticələnən izdiham faciəsi baş vermişdi.

Həmçinin oxuyun

CAHANGİR HACIYEVİN VURDUĞU ZİYAN NEÇƏ MİLYARDDIR? – “Aqrarkredit”dən açıqlama

“Beynəlxalq Bank işi” ilə bağlı uzun müddətdir davam edən məhkəmə prosesində bankın sabiq sədri Cahangir …

Bir cavab yazın