Ana səhifə / İqtisadiyyat / Rəqəmlər başqa, reallıq başqa: Kimə və nəyə inanaq? 

Rəqəmlər başqa, reallıq başqa: Kimə və nəyə inanaq? 

Azərbaycanda inflyasiyanın kəskin azalması ilə bağlı rəsmi statistik rəqəmlər verilib.

Belə ki, Azərbaycan Mərkəzi Bankı (ABM) cari ilin fevral ayı üzrə inflyasiya dərəcəsini 1.3 faiz olduğunu göstərib. Yanvar aynda isə inflyasiya dərəcəsinin 1.7 faiz olduğu rəsmi statistik göstəricilərdə qeyd olunub. Xatırlatma olaraq qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə inflyasiya dərəcəsi 12.6 faiz bəndi azalıb. Ötən ilin fevral ayında inflyasiya dərəcəsi 13.9 faiz olub.

Rəsmi rəqəmlərə istinad etsək, inflyasiyanın kəskin azaldığını deyə bilərik. Amma bu azalmaların nəyin hesabına olduğu heç bir rəsmi hesabatlarda göstərilmir.

 Bəs bu azalmanın səbəbi nədir? İnflyasiya Azərbaycanda nəyin hesabına kəskin aşağı düşüb? 

Mövzu ilə bağlı “Cebhe.info”-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, bu sualın cavabı onun üçün də maraqlıdır. Ekspert rəsmi qurumların bu barədə açıqlama vermədiklərini də deyib:

“Əslində bunun bir izahı olmalıdır ki, nəyin hesabına bu azalma olub və inflyasiya kəskin aşağı düşüb. Azalma varsa, bu yaxşıdır, bizi də sevindirər. Amma əhalidən soruşsaq, sorğu keçirsək, əksinə, bayram öncəsi qiymətlərin daha da artdığını deyəcək. Bu da insanların rəsmi rəqəmlərə inamsızlığını göstərir.

Rəsmi hesabatda metedoloji izah yoxdur ki, bu azalmanın səbəbi nədir. Ümumi sözlər yazılır ki, yanacaq, kommunal xidmətin qiymətləri dəyişməyib, bunun hesabına da inflyasiyanın aşağı düşdüyünün şahidi olmuşuq. Belə bir izah var. Amma bu, əvvəl də olub. Keçən il də nə yanacaq, nə də kommunal ödənişlərdə artım oldu, inflyasiya isə ilin sonuna qədər ikirəqəmli idi, ilin sonunda isə birdən-birə inflyasiyanın 9 faizə qədər azaldığını elan etdilər.

Yəni bu tipli rəqəmlərdə insanlarda rəsmi statistikaya güvəni azaldır. Çox yaxşı olardı ki, rəsmi qurumlar, şəxslər belə açıqlamalar verərkən bunun metedoloji izahını da versinlər”. 

Həmçinin oxuyun

Azərbaycanda tikinti materialları ucuzlaşdı – VİDEO

Bəzi tikinti materialları ucuzlaşıb.  Sahibkarlar bildiriblər ki, son bir neçə ayda kərpic və taxtanın qiymətində …