Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Qurdlanmış toyuq əti Bakıdakı marketlərdən yığışdırılıb – FOTO

Qurdlanmış toyuq əti Bakıdakı marketlərdən yığışdırılıb – FOTO

“SƏBA” Açıq Səhmdar Cəmiyyətinın quşçuluq təsərrüfatlarında yetişdirilib satışa çıxarılan toyuq ətinin bir hissəsi Bakıdakı marketlərdən yığışdırılıb. “AzPolitika.info”ya daxil olan məlumatdabunun səbəb kimi, “Səba” markalı toyuq ətlərinin qurdalanmış olması göstərilib.

Qeyd olunur ki, istehlakçıların bu barədə etiraz və xəbərdarlığından sonra məhsul mağazalardan, o cümlədən iri supermarketlərdən yığışdırılıb və araşdırma başlayıb. Toyuq ətinin qurdlandığı öz təsdiqini tapsa da, bunun səbəbini təyin etmək mümkün olmayıb. 

Məlumatı dəqiqləşdirmək üçün “AzPolitika”ya təqdim olunmuş fotosübutla birlikdə “Səba”nın Baş ofisinə yazılı sorğu ünvanlasaq da, 3 gün ərzində cavab verilmədi.

Xatırladaq ki, ekspertlər dəfələrlə Azərbaycanda bəzi quşçuluq təsərrüfatlarında yetişdirilən toyuq ətinin insan sağlamlığı üçün təhlükəli ola biləcəyinə dair xəbərdarlıq ediblər. Bunun səbəbi kimi isə toyuqların yemlənməsi zamanı genetik modifikasiya olunmuş (GMO) bitkilərdən hazırlanmış yemdən istifadə olunması göstərilib. Belə yemdən istifadə edən şirkətlərdən biri də “Səba” ASC-dir.

1442560166_1fe6d823f10e

Belə ki, “Səba” ASC toyuqlar üçün xaricdən alınan yemin çox baha başa gəldiyini nəzərə alaraq “Monsanto” şirkətinin hibrit qarğıdalı sortunun yetişdirilməsinə başlayıb. Məlumata görə, ABŞ-ın “Monsanto” şirkətinin hibrit qarğıdalı sortu “Səba” istehsalat müəssisəsinin sifarişi əsasında “Qarabağ-taxıl” MMC tərəfindən əkilib. “Səba” şirkətinin bu layihəsinin maliyyələşdirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondundan 5 milyon manat güzəştli kredit ayrılıb.

Məsələnin narahatlıq doğuran tərəfi isə odur ki, ABŞ-ın “Monsanto” şirkəti dünyada genetik modifikasiya olunmuş (GMO) məhsulların əsas istehsalçısı kimi tanınıb. Bu şirkətin hazırda dünyanın 71 ölkəsində, o cümlədən də region ölkələrində – Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Ukrayna və Belarusda nümayəndəlikləri fəaliyyət göstərir. Ölkəmizdə “Monsanto” şirkətinin fəaliyyət göstərməməsinə əsas səbəb kimi Azərbaycana GMO-lu məhsulların gətirilməsinin qadağan edilməsi göstərilir. Ekspertlər “Səba” şirkətini bu məhsulu başqa ad altında ölkəyə gətirməkdə itiham ediblər.

Qeyd edək ki, “Səba” İstehsalat Birliyinin nümayəndəsi istehsal etdikləri qarğıdalıların GMO tərkibli olmadığını iddia edib. Ancaq şirkətin məhsulları ilə bağlı yayılan son məlumatlar, istər-istəməz ekspertlərin narahatçılığını yada salır. 

seba01
seba02
seba03

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …