Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Qubad İbadoğlu: “Bizim dövlət büdcəmiz 11,837 milyard, Harvardın büdcəsi 34 milyard dollardır”

Qubad İbadoğlu: “Bizim dövlət büdcəmiz 11,837 milyard, Harvardın büdcəsi 34 milyard dollardır”

İqtisad elmləri doktoru Qubad İbadoğlu Azərbaycan dövlət büdcəsini ABŞ-da yerləşən aparıcı universitetlərin illik büdcələri və tədqiqata ayrılan xərclərlə müqayisə edib.

Ekspertin facebook səhifəsində dərc etdiyi məqaləsini diqqətinizəçatdırırıq.

Azərbaycanın 2018-ci il üçün nəzərdə tutulan dövlət büdcəsi hazırkı məzənnə ilə 11 milyard 837 milyon dollar təşkil edəcək. Müqayisə üçün qeyd edim ki, Harvard Universitetinn ötən ilki büdcəsi 34,5 milyard dollar, Yel Universitetinin büdcəsi 25,4 milyard dollar, Stanford Universitetinin büdcəsi 22,4 milyard dollar, Princeton Universitetinin büdcəsi 22,15 milyard dollardır”.

Q.İbadoğlu yazır ki,  beynəlxalq reytinqdə dünya üzrə 6-cı pillədə olan Princeston Universitetində tam ştatlı professorlarının illik orta əmək haqqı 201 min 671 dollar təşkil edir. Professorlara ən çox maaşı Çikaqo Universiteti verir, bu universitetin müəllimləri ildə orta hesabla 250 min dollar qazanırlar. İkinci yerdə Stanford Universiteti gəlir – 248 min 370 dollardır: “Tədqiqata ən çox vəsait ayıran Harvard – 1 milyard 13 milyon dollar və Massachusetts Institute of Technology (MİT) – ildə 930 milyon dollar. Princeton Universitetein illik tədqiqat xərcləri 280 milyon dollardır ki, bu da Azərbaycan dövlətinin elm xərclərindən 3 dəfə çoxdur”.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …