Amerika Birləşmiş Ştatlarının hərbçiləri də bir çox ölkələr kimi 2-ci Dünya Müharibəsində ağlasığmaz işgəncələrə imza atıb. ABŞ İkinci Dünya Müharibəsinə 7 dekabr 1941-ci ildə qoşulub. Amma 6 iyun 1944-cü ildə Avropada Qərb cəbhəsi açılıb.
ABŞ qoşunları Fransa (əsasən Normandiya), İtaliya, Tunis, Əlcəzair, Mərakeş, Almaniya, Niderland, Belçika və Lüksemburq ərazilərində, eləcə də Sakit Okeanda və Cənub-Şərqi Asiyada fəaliyyət göstərib. 2-ci Dünya Müharibəsinin unudulmaz məqamlarından biri də ABŞ əsgərlərinin törətdiyi işgəncələr olub.
Musavat.com ABŞ hərbçilərinin 2-ci Dünya Müharibəsində tətbiq etdiyi qorxunc işgəncə metodları haqqında faktları təqdim edir.
Mariana adalarında ortaya çıxan başsız cəsədlər müharibənin necə ağır şəkildə getdiyinin sübutudur. Bu cəsədlər müharibədən 40 il sonra 1984-cü ildə Mariana adalarında aşkar olunub. Tapılan cəsədlərin Yaponiya əsgərlərinə aid olub. Cəsədlərin 60 faizinin başı yox idi. Hətta ABŞ əsgərləri cəsədlərin başlarını öz sevgililərinə hədiyyə olaraq göndərirmişlər.
Onlar yapon əsgərlərinin başını kəsməklədə kifayətlənmirdilər. Bəzən diş, qulaq, qol və s. kimi bədən üzvlərini də qoparırdılar. Bu hadisələrdən xəbər tutan ABŞ generalları ilk olaraq 1942-ci ildə, daha sonra 1944-cü ildə yapon əsgərlərinin cəsədlərinin parçalanmasını qadağan etdi. Ancaq bu qadağa çarə olmadı.
ABŞ əsgərlərinin müharibə vaxtı gerçəkləşdirdiyi işgəncələrdən biri də təcəvüz olub. Əldə olunan məlumatlara görə, ABŞ əsgərləri müharibə vaxtı Avropa və Asiyada on mindən çox qadına təcavüz ediblər. 1945-ci ildə Yaponiyanın təslim olmasına baxmayaraq, ABŞ əsgərləri hələ də qadınlara təcavüz edirdi.
ABŞ əsgərləri almanlardan intiqam almaq üçün onların əlində olan əsir düşərgəsinə yola düşdülər. Lakin əsir düşərgəsinə çatdıqda dəhşətlə qarşılaşdılar. Alman əsgərləri 39 yük vaqonuna 2 minə yaxın cəsəd doldurmuşdu. ABŞ əsgərləri həmin gün 349 nəfəri kütləvi edam olmaqla, 520 alman əsgərini öldürdü.
Bunun ardından Hitler ABŞ-ı təhdid etdi. O, Nyu-Yorka sualtı gəmilərlə hücum edəcəyini bəyanladı. Almaniyanın sualtı gəmiləri uzaqmənzilli raketləri daşıya bilirdi. Ona görə də ABŞ bu təhdidi ciddiyə almışdı.
Almanların hücum edəcəyini nəzərə alan ABŞ ordusu “Tardrop” əməlliyatını başlatdı. Əməliyyatın məqsədi Şimali Atlantikadan gələn alman gəmilərinin ölkəyə yaxınlaşmasını əngəlləmək idi.1945-ci il aprelin 24-də almanlar ABŞ-ın bir gəmisini batırdı. Gəmidə olan 192 əsgərdən 126 nəfəri almanlar tərəfindən öldürüldü. Bu hadisənin üstündən 10 saat keçdikdən sonra cavab olaraq, ABŞ əsgərləri almanların gəmisini batıraraq, 32 əsgəri əsir götürdü.
Bundan 4 gün sonra ABŞ ordusu daha bir yeni qətliama imza atdı. San-Pietroda 71 nəfəri italyan, 2 nəfəri alman olmaqla, 73 nəfəri öldürdülər. Bu qətliam tarixə “Biscari” qətliamı olaraq keçdi.
Son olaraq ABŞ ordusu 1945-ci il fevralın 13-dən başlayaraq, 3 gün durmadan Almaniyanın Drezden şəhərinə bombalar yağdırmağa başladı. 3 gün ərzində şəhərə 3900 ton bomba atıldı. Nəticədə 25 min insan həlak oldu. Bir ay sonra isə ABŞ ordusunun Tokioya atdığı raketlərdən 100 min insan həyatını itirdi.