Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Qorbaçov Brejnev ittiham etdi 

Qorbaçov Brejnev ittiham etdi 

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov 1985-ci ildə SSRİ-də başlatdığı alkoqollu içkilər əleyhinə siyasətinin səhv olduğunu deyib.

Azinforum.az Modern.az istinadəb xəbər verir ki, həmin kampaniyanın başlanmasının 30 illiyi ilə bağlı “Komsomolskyaa Pravda” qezetinə geniş müsahibə verən Qorbaçov spirtli içki satışına qadağa qoyulması nəticəsində saxta içki istehsal edən sexlərin artdığını deyib. Onun fikrincə, içki məhduyyəti mərhələ-mərhələ keçirilməli idi.
Amma Mixail Qorbaçov alkoqol əleyhinə kampaniyasının onun tərəfindən təklif olunmadığını da deyib: “Mərkəzi Komitə artıq 6 il idi ki, alkoqol əleyhinə tədbirlər görməyə hazırlaşırdı. Hər şey Brejnevin vaxtında başlamışdı… Açığı, Leonid İliçi bu ideya ilə razılşamağa vadar etmişdilər”.
Eks-prezidentin sözlərinə görə, o, hakimiyyətə gəldiyi 1985-ci ildə Sovet İttifaqında alkoqol istehlakı rekord həddə çatmışdı. “Bütün ölkə içirdi” deyən Qorbaçov buna görə boşanmaların da sayının kəskin artdığını vurğulayıb:
“Siyasi büroda “quru qanun”un (içkinin tam qadağn olunması) təklif olunmuşdu. Xatırlayıram, gərgin müzakirələr getdi. Amma anladıq ki, ictimaiyyət ilə konfliktə getmək olmaz”.
Qorbaçov hər şeyin tədicən təşkil olunmalı olduğunu deyib:
“Bu ticarəti tam saxlamaq və saxta içki istehsalına rəvac vermək lazım deyildi. Hər şeyi yavaş-yavaş etmək lazım idi. Balta ilə başından vurmaq lazım deyildi. Xüsusən, Moskvada mağazalar bağlanmışdı və uzun növbələr yaranmışdı. Şəkər mağazalardan tamam itmişdi. Alkoqola qarşı uzun müddətli mübarizə aparmaq lazım idi”.
Amma Qorbaçov kampaniyanın müsbət cəhətlərini də xatırladıb:
“Uşaq ölümləri azaldı, doğum yüksəldi. Bu təbliğatın aparıldığı il ondan əvvəlki illə müqayisədə 1,6 milyon insan daha az öldü. İstehsalatda və yollarda bədbəxt hadisələrin sayı kəskin azaldı”.
Eks-prezident üzümlüklərin məhv edilməsi barədə göstəriş vermədiyini də deyib.

1985-ci ildə hakimiyyətə gəldikdən 2 ay sonra Mixail Qorbaçov bütün ittifaq miqyasında antialkoqol kampaniyasına start vermişdi. Alkoqollu içkilərin satışına məhdudiyyətlər qoyulmuş, kustar içki hazırlamaq üçün lazım olan şəkər yalnız xüsusi kartlarla vətəndaşlara verilirdi.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın