Cümə , Oktyabr 30 2020
Ana səhifə / İqtisadiyyat / “Qonşu ölkələrdə məzənnənin düşüb qalxması…” – Nazir

“Qonşu ölkələrdə məzənnənin düşüb qalxması…” – Nazir

Bu gün Milli  Məclisin beş komitəsinin iştirakı ilə “2019- cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılır.

“Qafqazinfo” xəbər verir ki, iclasda çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, son 15 illikdə Azərbaycan iqtisadiyyatının inkişafı  kifayət qədər möhtəşəm rəqəmlərlə ifadə olunur: “Qlobal risklərə baxmayaraq  Azərbaycan iqtisadiyyatı davamlılığını nümayiş etdirir. Bilirsiniz ki, 2018- ci ildə vergi sistemində çox mütərəqqi ddımlar atılmışdır. Bu addımlar sonrakı dövrdə də öz bəhrəsini göstərəcək. Büdcə sistemində şəffaflığın təmin olunması, kölgə isqtisadiyyatının azalması gələn ilki büdcənin əsas parametrlərindən biridir. İlk dəfə olaraq büdcə sisteminin tərtibində yeni meyarlar tətbiq olunub. Bu bizi gələcəkdə qlobal risklərdən qorumağa xidmət edəcək”.

Maliyyə naziri Samir Şərifov bildirib ki, dünya əmtəə bazarlarında neftin qiymətinin sabitləşməsi  baş verib: “Ancaq region ölkələrində baş verən iqtisadi təlatümlərin bizim iqtisadiyyata təsiri nəzərdən qaçılmamalıdır. Qonşu ölkələrdə məzənnənin düşüb qalxması bizim iqtisadiyyata təsir edir.

Bu halların ölkə iqtisadiyyatına sirayət etməsinin qarşısının alınması monetar və fiskal siyasətin prinsiplərindən biri olaraq gündəlikdə durmaqdadır. Büdcənin sabitliyi  əsas mövzudur. Neftin qiymətinin qalxışı və enişi istiqamətində yeni icmal büdcədə nəzərə alınacaq. 2019-cu ilin büdcə-vergi siyasətində dəyişikliklər baş verəcək. Əsas prinsiplər əvvəlkilərdən fərqlənmir.  Sabitlik və uzunmüddətli dayanıqlığı  təmin edilməsi məqsədilə büdcə xərclərinə müəyyən məhdudiyyətlər qoyulub. Orta müddətli dövrdə icmal büdcənin maliyyə proqnozlaşdırılmasına keçidi təmin etmək üçün orta müddətli xərclərin çərçivəsinin  hazırlanmasna başlanılacaq.  Bütün sosial öhdəliklər, əsas dövlət proqramları üçün maliyyə təminatı yaradılacaq. Dövlət büdcəsinin daxilolmalar hissəsində əhəmiyyətli dəyişikliklərin baş verməsi üçün qərarlar qəbul edilib”.

Həmçinin oxuyun

Karantin “Microsoft”un xalis mənfəətini 30% artırmasına yardım edib

“Microsoft” 30 sentyabr tarixində sona çatan 2021-ci maliyyə ilinin ilk rübünün yekunlarını açıqlayıb. Bu üç …