Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / Qol vurulanda sevinməyə qoymurlar, ölkəyə turist gələndə gəzməyə…

Qol vurulanda sevinməyə qoymurlar, ölkəyə turist gələndə gəzməyə…

Şimali Koreyanın lideri Kim Çen İnn dünyanın gündəmindən düşmür. Əgər nüvə silahları olmasaydı, böyük ehtimalla bütün dünya Şimali Koreya dünyanın ən qapalı cəmiyyəti olaraq tanınacaqdı.Diktatorları haqqında əyləncəli xəbərlər hazırlanacaq. Saçları, xobbiləri, Qərbə qarşı olan kompleksləri və ya gizli Amerika heyranlığı kimi. Qərb belə hekayələri sevir. Səddam Hüseynin yazdığı deyilən eşq kitabları, Qəddafinin qadın cangüdənləri kimi. Sirli bir xarakter olan Şimali Koreya lideri də o qisimdən olacaqdı. 

Şimali Koreyanın qurucu lideri olan Kim Sonq İlin ardınca ölkənin lideri oğlu Kim Çen İl oldu. 2011-ci ilin dekabr ayında Kim Çen İlin ani ölümündən sonra növbə Kim Çen İnə gəldi. Adı ilk olaraq 2010-cu ilin sentyabr ayında yayıldı. Qısa müddət ərzində varis olaraq adı hallanmağa başladı.

Kim Jong Un ve Kuzey Kore hakkında bilinmeyenler!

Dünya gənc diktatorun ən dəqiq görüntüsünü atasının qəbrini daşıyan maşının yanında yeriyərkən gğrdü. Atasının üçüncü həyat yoldaşından dünyaya gəlib. Doğum tarixi hələ bilinmir. Amma daha çox yayılan məlumatlara görə, 1984-cü ildə dünyaya gəlib. Hətta doğum gününün 8 yanvar olduğu deyilir.

Əslində Kim Çen İlin yerinə digər iki oğlan övladları olan Kim Çen Çol və Kim Jonq namın keçməsi gözlənirdi. Amma Kim Jonq Nam 2001-ci ildə saxta sənədlə Yaponiyadakı Disneylanda girəndə yaxalanıb. Kim Çen Çolun isə kişilərə xas olmayan davranışlara sahib olması Kim Çen İnin yolunu açdı. Adı yayılandan sonra onun da böyük qardaşları kimi İsveçrədə oxuduğu üzə çıxdı.

İsveçrənin Bern şəhərindəki Liebefeld Məktəbində saxta sənədlə təhsil almışdı. Qərb mədəniyyətinin təsiri altına düşməməsi üçün məktəb xaricindəki vaxtını Şimali Koreya vəzifəlilərinin gözü önündə keçirmişdi. Ancaq bütün əziyyət və cəhdlərə baxmayaraq, onu tanıyan məktəb yoldaşlarına görə video oyunlarına, basketbola və idman geyim tərzinə çox meylli idi.

Kim Jong Un ve Kuzey Kore hakkında bilinmeyenler!

KEÇMİŞ MÜĞƏNNİ OLAN HƏYAT YOLDAŞI

Gənc diktatorun evil olduğu bilinir. 2012-ci ilin iyul atında Şimali Koreyanın dövlət mediası Kim Çen İnin Ri Solju ilə evlənməsi xəbərini yaydı. Bəzi xəbər qaynaqlarına görə, keçmiş müğənni olan Sol-ju qısa saçları, mükəmməl bədən quruluşu, şıq geyimi ilə qısa müddət ərzində dünya mediasında böyük maraq yaratdı. Birinci ledinin tez-tez həyat yoldaşıilə kameralar qarşısına çıxıb poza verməsi Kim Çen İnin atası və babasından fərqli bir siyasət sərgiləyəcəyi versiyalarına səbəb oldu.

2013 və 2014-cü illərdə Kim Çen İnlə görüşən amerikalı keçmiş futbolçu Dennis Rodmana görə, cütlüyün bir qızı var. Heç bir siyasi və hərbi təcrübəsi olmamasına baxmayaraq, 5 il öncə atasının kreslosuna oturan Kim Çen İnin Kommunist Partiyası daxilindəki yüksək vəzifəli şəxslərin nəzarətində ölkəni idarə edəcəyi düşünülmüşdü. Bu mərhələdə bibisi ilə bibisi ərinin adı ön plana çıxdı. Ancaq ölkənin ikinci ən güclü ismi olaraq qəbul edilən bibisinin əri Jang Song Thaek 2014-cü ildə edam edildi. Vətənə xəyanətdə ittiham edilən bibisinin əri barədə yayılan ən dəhşətli xəbər isə onun 120 ac itə yedirilməsi ilə bağlıdır. Kim Çen İn bibisini də siyasət arenasından uzaqlaşdırdı.

Kim Jong Un ve Kuzey Kore hakkında bilinmeyenler!

Bibisi və bibisi ərinin xaricində orduda, diplomatic korpusda və Kommunist Partiyası daxilində yüzlərlə insanı edam etdirməsi və ölkədə yeganə söz sahibi olması da təxminlər sırasındadır. Kim Çen İnin keçən il müdafiə naziri Hyon Yong Çolu bir yığıncaqda yatdığı üçün edam etdirdiyi da iddialar sırasındadır.

SALATINI MİKROSKOPLA YOXLAYIRLAR

Babası Kim Sang II-yə oxşamaq və anasına bənzətən yapon cizgilərindən qurtulmaq üçün estetik əməliyyatlar keçirməsi də onunla bağlı ən çox yayılan məlumatlar sırasındadır. Bundan başqa, onun saç modeli də dünya miqyasında böyük bir populyarlığa sahibdir. Liderin salatı mikroskopla yoxlanır. Onun eyni zamanda ətə xüsusi həssaslığı da yayılan məlumatlar sırasındadır.

Kim Jong Un ve Kuzey Kore hakkında bilinmeyenler!

MƏDƏ KİÇİLTMƏ ƏMƏLİYYATI ETDİRİB

Ötən il həddən artıq ət və spirtli içki qəbul etdiyi üçün yeriməkdə çətinlik çəkirdi. Bir müddət əsa ilə dolaşan diktatorun daha sonra mədə kiçiltmə əməliyyatından keçdiyi iddia edilir. İsveçrənin məşhur pendiri emmental ilə kürüyə bağlılığı olan Kim Çen İn bir oturuşda iki şüşə sampan içir.

Kim Jong Un ve Kuzey Kore hakkında bilinmeyenler!

ÖLKƏDƏ SAÇ MODELLƏRİ BUDUR – BƏYƏNSƏN DƏ, BƏYƏNMƏSƏN DƏ…

Ölkədəki qadın və kişilərin saç modelləri bəllidir. Amma fərqli modellər arasında seçim edilə bilir. Kişilər üçün 10, qadınlar üçünsə 28 saç modeli var. Ölkədə cəmi 3 TV kanalı var. İkisi həftə sonu, digəri isə sadəcə axşamlar yayımlanır. Bütün televizorlar fabrikdən sadəcə Şimali Koreya dalğalarına uyğun hazırlandığı üçün xarici kanallara da giriş etmək mümkün deyil. Radio kanalları sadəcə dövlət dalğalarını tutacaq şəkildə istehsal edilir.

Ölkə içində istifadə olunan bir telefon şəbəkəsi var. Amma heç kimin bir başqa ölkə ilə telefonda danışmasına icazə verilmir.

Kim Jong Un ve Kuzey Kore hakkında bilinmeyenler!

İNTERNET ANCAQ UNİVERSİTET VƏ DÖVLƏT İDARƏLƏRİNDƏ VAR

Ancaq universitetlər və dövlət idarələrində istifadə olunan, onlara məxsus internet xətti var. Amma burada belə internet xidməti tamamilə Kommunist Partiyasının nəzarətində olur. Beş ildən bir seçkilər keçirilir. Təbii ki, tək bir namizəd olur. Məsələn, 2012-ci ildəki son seçkilərdə səslərin 100 faizini Kim Çen Un almışdı. Şimali Koreyaya girişlər sadəcə Çin və Rusiya üzərindən mümkündür. Fərd olaraq Şimali Koreyaya getmək çox çətindir. Ölkəyə uçuşu həyata keçirən tək aviaşirkət isə Şimali Koreya dövlətinə aid Air Koryodur.

Ölkəni ziyarət edən turistlərin belə başına bir nəfər olmaqla işçi təhkim edilir. Tək başına hərəkət etmələri qadağandır. Hara gedəcəklərinə, nələrin şəklini çəkə biləcəklərinə, kimlərlə danışa biləcəklərinə və haralarda qalacaqlarına da bu şəxslər qərar verirlər.

ÖLKƏDƏ ŞƏXSİ MAŞIN QADAĞASI

Ölkədə şəxsi maşın yasaqdır. Bu səbəbdən də ancaq dövlətin icazə verdiyi şəxslərin maşını var. İctimai nəqliyyat xaricində insanlar velosiped və motosiklet ilə hərəkət edirlər. Gecələr şəhərlər tamamən qaranlığa bürünür. Kino-teatr salonları və ya rəqs klubları var. Amma orada yerli filmlər izlənə bilir. Qərb musiqisi qadağandır.

Hər yeni doğulan körpə dərhal qeydiyyat altına alınır. Və ömrü boyunca da gizli bir dosya ilə izlənir, nəzarət altında olur. İş həyatındakı yük əsasən qadınların çiynindədir.
Ən yaxşı orduda, diplomatiyada və xüsusən də Kommunist Partiyası içində yüksələnlər qazanırlar. İşçilərin ayda 1 və ya 2 min dollar qazandığı bilinir.

Kim Jong Un ve Kuzey Kore hakkında bilinmeyenler!

Evlilik yaşı 27-30 arasında dəyişir. Ailələrin əsasən çoxlu sayda uşaqları olur. Ölkəyə hər il orta hesabla 2 min nəfər xarici gəlir. Bunlar ancaq müəyyən olunmuş tur şirkətləri üzərindən giriş edə bilirlər.

İlk olaraq2013-cü ildə xaricilərə ölkədə cib telefonlarından istifadəyə icazə verildi. Ölkədə hər kəsə əsgər deyə bilərik. Bu səbəbdən də dünyanın ən böyük ordusuna sahibdilər. Ehtiyat əsgərlərlə birlikdə 7.7 milyon qadın və kişi orduda qulluq edir. Əsəgrlik müddəti kişilər üçün 10, qadınlar üçün 3 ildir.

Kim Jong Un ve Kuzey Kore hakkında bilinmeyenler!

QOL OLANDA SEVİNMƏK QADAĞANDIR

Dünyanın ən böyük stadionu paytaxt Pyongyangda yerləşir. 150 min nəfərlik Rungrado May Day adlı stadionda futbol matçları da keçirilir. Ancaq matçlarda qol atılanda sevinmək qadağandır.

Ölkədəki bütün şagird-tələbələr akordeon çalmağı bilməyə məcburdur.Ölkədə gübrə az olduğu üçün tarlalarda insan nəcisindən də istifadə olunur.

Amerikanı təmsil etdiyi üçün bu ölkədə cins şalvar qadağandır.
Musavat.com

Kim Jong Un ve Kuzey Kore hakkında bilinmeyenler!

Həmçinin oxuyun

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

2024-cü ilin mart ayında Azərbaycanda ən çox şikayət edilən bank 5,03 indeksi ilə “Bank of …

Bir cavab yazın