Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / “Qlobal İnnovasiyalar İndeksi”: Azərbaycan regionda sonunculardandır

“Qlobal İnnovasiyalar İndeksi”: Azərbaycan regionda sonunculardandır

“Məlum olduğu kimi bir müddət öncə “Qlobal İnnovasiyalar İndeksi 2022” dərc edilib. Azərbaycan innovasiyaların səviyyəsinə görə 13 pillə geriləyib və 93-cü yerdə qərarlaşıb”.
Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
O bildirib ki, “Qlobal İnnovasiyalar İndeksi 2022” Hesabatı hər il Kornel Univesriteti, “INSEAD” və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə iştirakı ilə dərc edilir. Bu il Hesabat 132 ölkəni əhatə edib:
“Hesabata diqqət yetirəndə görmək olar ki, postsovet ölkələrindən Estoniya 18-ci, Rusiya 47-ci, Ukrayna 57-ci, Gürcüstan 72-ci, Ermənistan 80-ci, Özbəkistan 82-ci və Qazaxıstan 83-cü yerləri qazanıblar. Azərbaycan 93-cü yeri tutmaqla yalnız Tacikistan və Qırğızıstanı üstələyə bilib.
Qlobal innovasiyalar İndeksi 81 indikator üzrə qiymətləndirmə aparmaqla tərtib edilir.
Onlar da “İnnovasiya resursları” (yəni innovasiyalar üçün əlverişli mühit, infrastruktur, ayrılan resurslar, qanunvericilik, insan kapitalı və elmi tədqiqatlar, biznes və s.) və “İnnovasiya nəticələri” (yəni innovasiyalar sahəsində faktiki uğurlar, yaradıcı fəaliyyətin nəticələri, bilik və texnologiyalar və s.) subindeksləri üzrə qruplara bölünür.
Hesabatdan görünür ki, Azərbaycanın əsas problemi “İnnovasiya nəticələri” bölməsi üzrə olub. Anlaşıqlı desək, Hesabatı hazırlayanların məntiqinə görə, Azərbaycanda innovasiyalara yetərincə resurslar ayrılıb, amma nəticə adekvat olmayıb.
Azərbaycan “İnnovativ nəticələr” üzrə ən aşağı yerlərdən birini, 110-cu yeri qazanıb”.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …