Şənbə , Yanvar 16 2021
Ana səhifə / İqtisadiyyat / “Qızıl qatarı”nın axtarışına yenidən start verildi

“Qızıl qatarı”nın axtarışına yenidən start verildi

Cümə günü, avqustun 12-də Almaniya və Polşa arxeoloqları vaxtilə nasistlərin qarət etdiyi qızılın ola biləcəyi zirehli qatarın axtarışının yeni mərhələsini başlayıblar.

Belə ki, Qazıntı işləri Aşağı Sileziyada, Polşanın Vroslav və Valbjix şəhərləri arasındakı dəmir yolu sahəsində başlanacaq. Çoxsaylı yeraltı tunellərdən birinin həmin ərazidə olması güman edilir. Qazıntı işlərini fərdi sponsorlar maliyyələşdirirlər. Polşanın hakimiyyət orqanları bu axtarışlara qoşulmaqdan imtina ediblər. Axtarış komandasının nümayəndəsi Andjey Qaik deyib: “Qatarın axtarışı ot tayasında iynə axtarmağa bərabər deyil. Əgər qatar oradadırsa, biz onu tapacağıq. Biz tuneli tapsaq, bu artıq uğur demək olacaq. Qatar isə çox ehtimal ki, tuneldə gizlədilib”.
2015-ci ilin avqust ayında geoloji radarların köməyi ilə sensasiyalı bir kəşf edilib. Polşanın mədəniyyət və milli irs nazirinin müavini Pyotr Juxovski o vaxt 99 faiz əminliklə demişdi ki, İkinci Dünya müharibəsi dövrünə aid dəmir yol qatarı həqiqətən yeraltı tunellərin birində qeydiyyata alınıb. Bu xəbərlər Aşağı Sileziyada əsl “qızıl həyəcanı”na səbəb olub.

Həmçinin oxuyun

Mərkəzi Bank Prezidentin tapşırığını icra etmir və qanunsuz fəaliyyət göstərir

“Özünə 218 milyon avro qiyməti olan bina tikdirən Mərkəzi Bank artıq 1 ildən çoxdur ki, …

Bir cavab yazın